"Rusiya ermənilərin ordan köçməsini əngəlləyir"

15:52 18-01-2022 | icon 461 | Geopolitika
"Rusiya ermənilərin ordan köçməsini əngəlləyir"

Natiq Cəfərli: “Sülhməramlılara hər hansı statusun verilməsi doğru deyil və...”

 

Azərbaycanın düşmən üzərində 44 gün ərzində əldə etdiyi hərbi zəfərdən sonra Rusiya, Ermənistan və Azərbaycan rəsmilərinin imza atdığı üçtərəfli atəşkəs sazişinə əsasən Qarabağda yerləşən rus sülhməramlı kontingenti məğlub işğalçı dövlətin silahlı tör-töküntülərini ərazilərimizdən çıxarmalı, regionda münaqişə yaradan halların baş verməsinə imkan verməməli, Ermənistanla sərhədlərin delimitasiya, demorkasiya prosesini həyata keçirməli, məğlum işğalçını sülhə məcbur etməli idi. Lakin görünən odur ki, Rusiya sülhməramlıları Qarabağda özünün qeyri-qanuni, özbaşına fəaliyyəti ilə region üçün yeni problemlər yaradır. Rusiya sülhməramlıları ilə bağlı neqativlərin yüksək tribunadan səslənməsi əbəs deyil.

 

Əgər bu gün sülhməramlılar Qarabağdan çıxan yük maşınlarını ciddi şəkildə yoxlayıb ermənilərin oradan çıxmasına imkan vermirlərsə, yaxud xarici ölkə vətəndaşlarının Qarabağa qanunsuz səfərləri təşkil olunursa, burda hansı maraq güdülür və bu cür məqamların aradan qaldırılması üçün hansı addımlar atılmalıdır? Bu vəziyyət sülhməramlıların statusu ilə bağlı məsələni nə dərəcədə aktuallaşdırır?

 

Versus.az xəbər verir ki, politoloq Natiq Cəfərli şərhində bildirib ki, Azərbaycan parlamenti rus qoşun hissələrinin Qarabağda yerləşdirilməsini heç vaxt legitimləşdirməməlidir. Onun fikrincə, sülhməramlılara hər hansı statusun verilməsi doğru deyil və bu istiqamətdə hansısa parlament qərarına ehtiyac yoxdur.

 

N.Cəfərli bu prosesdə Rusiyanın məramının aydın olduğunu qeyd edib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistanın zatən anlaşacağını düşünür və hesab edir ki, bu zaman rus sülhməramlılarının Xankəndi ətrafında qalmasının mənası itəcək:

 

“Ona görə də Rusiya Qarabağdakı qondarma qurumu de-fakto tanıyıb ermənilərin ordan köçməsini əngəlləyir. Belə ki, onlara iş yerləri yaradır, sosial problemlərini həll edir ki, heç olmasa 25-30 min ermənini Qarabağda saxlayıb gələcəkdə “təhlükəsizliyini qorumaq” adı altında regionda qalmalarına hüquqi don geyindirsinlər. Ən təhlükəli məqam ondan ibarətdir ki, Azərbaycanla Ermənistan anlaşsa rus sülhməramlılara ehtiyac qalmasa və yaxud da Azərbaycan çıxarılmasını tələb etsə, de-fakto tanıdığı qondarma qurumu sabah de-yure-Abxaziya, Asetiya kimi tanıya bilər. Biz yaxın 3 ildə çalışmalıyıq ki, sülhməramlıların regionda qalışı ilə bağlı səbəbləri tamamilə aradan qaldırmaq üçün Rusiya ilə danışıqlar aparaq.  Eyni zamanda erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan qanunlarına inteqrasiya edilməsi üçün proqram sənədləri təqdim etməliyik. Çünki Rusiya erməni əsilli dinc vətəndaşların Azərbaycanın özünə inteqrasiya olunmasını istəmir. Biz bu məsələlərin həllində Rusiya ilə ortaq dil tapmağa çalışmalıyıq. İndiki dünyada Rusiyanın aqressivləşdiyi, ətraf bölgələri özünün “arxa bağçası” hesab etdiyi bir dövrdə Rusiyaya hansısa ültimatumların verilməsinə lüzum görmürəm. Amma sülhməramlılara hüquqi status verilmir, 2025-ci ilin may ayına qədər parlament tərəfindən həmin qoşunların bölgədən çıxarılması ilə bağlı qərar verilə bilər. Amma buna hazırlıq görmək üçün 2 il yarım ərazində Azərbaycan özünün daxili, xarici siyasətini daha güclü təməllər üzərində icra etməlidir”.

 

N.Cəfərli bildirib ki, Rusiyanın məqsədi bir ömür boyu bölgədə qalmaqdır.  Onun fikrincə, Rusiya bunun üçün də əlindən gələni edir, bütün təxribatları, addımları buna hesablanır:

 

“Azərbaycan texniki, diplomatik, hərbi yolla alternativ addımların atılmasını sürətləndirməlidir. “Laçın dəhlizi” adı altında fəaliyyət göstərən yeni yolun çəkilməsi, onun Azərbaycan tərəfindən nəzarətdə saxlanması, orada Azərbaycan postlarının, sərhəd -keçid məntəqələrinin qurulması həyata keçirilməlidir. Bu Azərbaycanın suveren hüququdur. Rusiya beynəlxalq hüquqa əsasən burda heç bir addım ata bilməz. Azərbaycan hüququn üstünlüyünü əldə rəhbər tutaraq, dayanıqlı siyasət yürüdərək, daxildə sistemin daha yaxşı çalışmasını təmin edərək, xarici müdaxilələrə rəvac vermədən bu addımları atmalıdır.  Görək Rusiyanın təklifi nə olacaq. “Laçın dəhlizi” Azərbaycanın ərazisində daxildir və orda sərhəd-keçid məntəqələri qoymağa, prosesə nəzarət etməyə qanunla borcluyuq”. /hafta.az/

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI