"Ukraynadan təklif -Azərbaycan-Ukrayna-Türkiyə formatı təsis olunmalıdır"

 

17:09 18-01-2022 | icon 433 | Geopolitika
"Ukraynadan təklif -Azərbaycan-Ukrayna-Türkiyə formatı təsis olunmalıdır"
 

 

 

"Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya səfərindən bir neçə gün keçsə də, səfərin aktuallığı hələ də diqqət mərkəzindədir və Kiyevdəki görüş və müzakirələri müxtəlif aspektlərdən şərh etmək mümkündür.

Moskva Vaşinqton və Brüsseldən tələb edir ki, Ukrayna NATO üzvü olmasın və Ukraynada Qərbin hərbi bazaları olmasın. Vaşinqton və Brüsselin yanaşması isə belədir ki, Ukrayna müstəqil dövlət kimi hansı təşkilata üzv olmaq seçimində sərbəstdir. Moskva isə Kiyevin sərbəst seçim imkanını inkar edir və Ukrayna ilə sərhəddə təxminən 100 minlik qoşun yığıb. Qərbdə bu gün ən çox müzakirə olunan mövzu Rusiyanın Ukraynaya mümkün hərbi müdaxiləsidir. Belə bir məqamda İlham Əliyevin Kiyevə səfər edib Ukrayna prezidenti Volodimir Zelenski ilə geniş müzakirə aparması və müxtəlif sənədlər imzalaması rəsmi Bakının Ukraynaya və bu ölkənin ərazu bütövlüyünə verdiyi dəstəyi ifadə edir. Eyni ilə Ukraynada da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bunu İkinci Qarabağ müharibəsi də göstərdi. Ukrayna Qarabağın yenidən qurulması prosesində iştiraka hazırdır. Bu Azərbaycan üçün əhəmiyyətlidir”.

 

 

Versus.az xəbər verir ki, bu barədə şərh verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu maraqlı təhlillərlə çıxış edib. Politoloq Prezidentin Ukrayna səfərinin Rusiyanın Qərblə münasibətlərinin gərginliyi dövründə təsadüf etməsini xüsusilə qeyd edib.

Politoloq digər məqam kimi, Rusiyanın Kremlə yaxın mətbuatının İlham Əliyevin Ukraynaya səfərini görməzdən gəlməsinə diqqət çəkib.

 

 

“Aydındır ki, Azərbaycan prezidentinin Ukraynaya səfəri və Kremlin hədəf götürdüyü Zelenski ilə müzakirələr aparması Moskvanın xoşuna gəlmədi. Ukrayna kimi Azərbaycan da xarici siyasətini necə formalaşdırması seçimində sərbəstdir. İlham Əliyevin Kiyevə səfəri göstərdi ki, Azərbaycan müstəqil xarici siyasətində “Moskva necə düşünəcək” prinsipindən çıxış etmir. Ukrayna ilə strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir. Önəmli olan budur”.

E.Şahinoğlu digər əsas məqam kimi qeyd edib ki, bu gün Azərbaycanın Ukrayna ilə iqtisadi münasibətləri genişləndirməsinə ehtiyacı var. Belə ki, Ukraynanın münbit torpaqları var və bu torpaqlarda məhsuldarlıq yüksəkdir. Azərbaycan Ukrayna kimi yüksək məhsuldarlığa malik kənd təssərrüfatına malik olmaq istəyir. Azərbaycan özünü taxılla tam təmin edə bilmir. Bu sahədə Azərbaycan Ukrayna ilə əməkdaşlığını genişləndirəcək. Azərbaycan həm Ukraynadan taxıl ala, həm də Ukraynada münbit torpaqlarının bir hissəsini icarəyə götürüb taxıl əkə bilər. Kənd təssərrüfatının digər sahələrində də Ukrayna-Azərbaycan əlaqələrinin intensiuvləşməsinə ehtiyac var.

 

 

Politoloq Ukrayna prezidentinin azərbaycanlı həmkarı ilə görüşdə maraqlı təkliflər irəli sürməsinə toxunub.  Bu sırada GUAM-a üzv ölkələr arasında yeni iqtisadi layihələrin reallaşmasını və Ukrayna-Türkiyə-Azərbaycan üçlü ittifaqının yaradılmasını göstərmək olar.

 

““Atlas” Araşdırmalar Mərkəzi Türkiyə-Ukrayna-Azərbaycan üçtərəfli formatının təsis olunmasını illər öncə təklif edib və bu, mərkəzin analizlərində əks olunub. Azərbaycan buvaxta qədər müxtəli üçtərəfli formatlar təsis edib. Bunlara misal olaraq Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Gürcüstan formatlarını göstərmək olar. Azərbaycan-Türkiyə-Ukrayna formatı da digərləri kimi işlək mexanizmə çevrilə bilər. Ukraynanın həm Türkiyə, həm də Azərbaycanla strateji əməkdaşlıq formalaşıb. Demək, üç ölkənin lideri bir araya gəlib müxtəlif layihələri müzakirə edi bilərlər”.

 

 

E.Şahinoğlu hesab edir ki, Azərbaycan prezidentinin Kiyevə səfəri və iki ölkə arasında yeni sazişlərin imzalanması iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmalıdır.

 

“Voladimir Zelenski prezident seçildikdən sonra Azərbaycana rəsmi səfər etsə də, İlham Əliyev bir daha ukraynalı həmkarını Bakıya dəvət etdi. İlham Əliyevin ardınca, Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın və xarici işlər naziri Ceyhun Bayramovun da Ukraynaya səfərlərinə ehtiyac var. Onları da uzun müddətdir Kiyevə dəvət edirlər. İlham Əliyev Ukrayna ilə münasibətlərin inkişafında Rusiya amilini nəzərə almırsa, Azərbaycanın digər rəsmiləri də bu siyasətdən çıxış etməlidirlər. Azərbaycan Rusiya ilə siyasi və iqtisadi əməkdaşlığını davam etdirir. Ancaq bu amil Azərbaycanın Rusiyanın rəqib hesab etdiyi ölkə və ölkələrlə əməkdaşlığını genişləndirməsinə mane olmamalıdır. Digər tərəfdən Azərbaycan hakimiyyətinin və cəmiyyətinin Rusiyanın Qarabağdakı fəaliyyəti suallar doğurur. Bu sualları İlham Əliyevin Kiyevə səfərindən bir neçə gün əvvəl səsləndirdi. Rusiya zəifləri sevmir, gücə hörmət edir. Ona görə də Azərbaycan güclü və müstəqil xarici siyasət həyata keçirməlidir ki, Kreml Azərbaycanın maraqları ilə hesablaşsın. Azərbaycan prezidentinin Ukraynaya səfəri məhz bu siyasətin tərkib hissəsinə çevrilməlidir”.

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...