"Rusiya Ukrayna ilə müharibə variantını seçərsə..."

11:44 19-01-2022 | icon 342 | Geopolitika
"Rusiya Ukrayna ilə müharibə variantını seçərsə..."

Samir Hümbətov: "Buradan Qərb ölkələri, hətta Çin də qazanclı çıxacaq"

 

NATO baş katibi Yens Stoltonberqin mətbuat konfransı zamanı Ukrayna ətrafında baş verənlərə görə Rusiyanın birbaşa məsuliyyət daşıdığını bildirməsi və Ukrayna məsələsində Rusiyanı sərt şəkildə xəbərdar etməsi vəziyyətin getdikcə daha ciddi hal aldığına işarədir.

 

 

Bu fikirləri Versus-az-a “Beynəlxalq münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin təsisçisi politoloq Samir Hümbətov bildirib.

 

Müsahibin sözlərinə görə, baş verənlər müharibə riskinin hər gün bir az daha artmasının göstəricisi kimi də qəbul edilə bilər:

 

“Bildiyimiz kimi, İngiltərə və Kanada Ukraynaya silah və hərbi qulluqçular göndərib. İngiltərənin tank əleyhinə silahları, Kanadanın isə xüsusi təyinatlıları Ukraynada yerləşdirilib. Qərb ölkələrinin Ukraynanın belə sürətlə silahlandırmasını dərindən təhlil edən zaman belə qənaətə gəlmək olar ki, Rusiya və Ukrayna arasında toqquşmanın baş verməsi və yaxud Rusiyanın münaqişəyə cəlb edilməsi kimlər üçün isə böyük maraq kəsb edir. Məhz bu səbəbdən bütün NATO üzvü dövlətlərin Ukraynaya yardımı davam etməkdədir. Hətta son yayılan məlumatlara görə ABŞ-ın baş katibi Entoni Blinkin Ukraynaya səfərə gəlir. Əlbəttə ki, onun səfərinin məqsədi də aydındır. Hesab edirəm ki, ABŞ-ın baş katibi Ukraynaya dəstək mesajını çatdırmaq və Rusiyaya qarşı birgə cəbhə almaq məsələsində söz verməyə gəlir”.

 

S.Hümbətovun sözlərinə görə, əgər Rusiya və Ukrayna arasında müharibə baş verərsə, buradan qazanan Qərb ölkələri olacaq. Hətta Qərblə bərabər Çin də qazanclı çıxacaq:

 

“Qərb ona görə qazanclı çıxacaq ki, Rusiya və Ukraynanı qarşı-qarşıya gətirməklə hər iki tərəfə təzyiq elementi yaratmaq imkanı əldə etmiş olur. Bununla da Rusiyaya qarşı çoxdandır arzu etdiyi sanksiyalar paketini, Ukraynanı isə Rusiya təhdidindən biz qoruduq deyərək özünə bağlamağa çalışacaq. Son günlər Qazaxıstanda atılan addımlardan görünür ki, Çin üçün əsas hədəf Rusiyanın zəifləməsidir. Son hadisələr də göstərdi ki, Çin üçün Mərkəzi Asiyaya girməkdə ən böyük maneə məhz Rusiyadır. Ona görə də Rusiyanın zəifləməsi Çinin Mərkəzi Asiyada yolunun açılmasına xeyli dərəcədə kömək etmiş ola bilər. Çinin "Bir Kəmər, Bir Yol" məsələsində qəti mövqe göstərməsi və Avrasiyanı özünün siyasi və iqtisadi təsiri altına salmaq istəməsi həm Qərb, həm də Rusiya tərəfində aydın şəkildə görünməkdədir. Hesab edirəm ki, Rusiya bu məsələni ciddiyə alıb Ukrayna məsələsində müharibə variantını seçməkdə tələsməyə bilər. Əgər Rusiya Ukrayna ilə müharibə variantını seçərsə, bu onun üçün ikiqat zərbə olacaqdır".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı