Azərbaycan təcrübəsi beynəlxalq konfransda yüksək qiymətləndirilib

16:38 17-12-2018 | icon 392 | Siyasət
Azərbaycan təcrübəsi beynəlxalq konfransda yüksək qiymətləndirilib

 

Dehlidə Hindistan hökümətinin ev sahibliyi ilə Beynəlxalq Forum keçirilib.

 

Versus.Az xəbər verir ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində beynəlxalq əməkdaşlığın roluna həsr edilən və dünyanın 85 ölkəsindən 1500-ə yaxın yüksək səviyyəli təmsilçilərin qatıldığı forumda Azərbaycandan Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Sosial şöbənin müdiri Adilə Abasova iştirak edib.

 

M.İbrahimqızı forumda çıxış edərək Azərbaycanda DİM-lərin həyata keçirilməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Dünya Parlament İttifaqının prezidenti Qabriela Barron təmsil etdiyi qurumun Azərbaycan Parlamenti ilə olan əməkdaşlığı, DİM sahəsində görülən işləri yüksək qiymətləndirib və 4 dəfə Azərbaycana səfər etdiyini bildirib.

 

Forumun 2-ci günü M.İbrahimqızı DİM çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində milli parlamentarların rolu mövzusunda təqdimatla çıxış edib.

Bu təqdimatdan sonra iştirakçıların DİM-nin həyata keçirilməsində Azərbaycan hökumətinin müsbət təcrübəsi ilə bağlı bir sıra sualları da cavablandırılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?