Peyvənd olunmamaq üçün özünü koronavirusa yoluxduran müğənni öldü
Peyvənd olunmamaq üçün bilərəkdən özünü koronavirusa yoluxduran məşhur çex müğənnisi Hana Horka ölüb.
Vaesus.az xarici KİV-lərə istinadən bildirir ki, "Asonance" folklor qrupunun solisti, 57 yaşlı müğənni sauna və teatrı ziyarət etməyə icazə verəcək COVİD pasportu ala bilmək üçün bilərəkdən koronavirusa yoluxub. Məlum olduğu kimi Avropa İttifaqına üzv ölkələrdə mədəniyyət və idman obyektlərinə daxil olmaq, habelə səyahət etmək və bar və restoranlara baş çəkmək üçün peyvənd və ya son infeksiya yoluxma sənədi tələb olunur.
Müğənninin oğlu Yan Rek Çexiya radiosuna açıqlamasında bildirib ki, Milad bayramından öncə atası ilə birgə koronavirusa yoluxub. "Anam bir həftə özünü təcrid etməli idi. Lakin bunu etmədi və bizimlə normal yaşamağa davam etmək qərarına gəldi. Peyvənd olunmaqdansa, xəstəliyə tutulmağı üstün tutdu", deyə oğlu qeyd edib.
Ölümündən iki gün əvvəl Horka sosial şəbəkədə yazıb: “Mən sağ qaldım... Beləliklə, indi teatr, sauna, konsert və dənizə təcili səfər olacaq".
Öldüyü gün də sosial şəbəkədə yaxşı olduğunu yazan müğənninin kürəyində ağrılar başlayıb və o, uzanmaq qərarına gəlib. On dəqiqə sonra isə boğularaq ölüb.
Müğənninin oğlunun sözlərinə görə anası anti-vaksin təbliğatı aparanların təsiri altına düşüb.
"Ona kimin təsir etdiyini dəqiq bilirəm... Anamın öz ailəsindən çox yadlara inanması məni kədərləndirir", - deyə Rek bildirib.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"