Aybəniz Haşımova: "Həmin gün şəhər sanki ölmüşdü... "
"O gecə getsin, bir də gəlməsin. İndiyənə kimi nə gözlərimin önündən, nə də ki, qulaqlarımdan o səslər gedir... İlahi, necə çığırırdı insanlar. Onlar isə uf demədən qarşısına keçəni biçirdilər".
Versus.az xəbər verir ki, bu sözləri 20 Yanvar hadisənin canlı şahidlərindən olmuş Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Əməkdar artist həmin gecə baş verənləri bu cür xatırlayıb:
"Eyvanda Dostu ananı tək qoymamaq üçün yanında dayanmışdım. O isə oğlu Rauf Səlimbəylini haray çəkib, ağlayırdı, elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar. Vəhşilər! Nə qədər insan onların əzrayıl güllələrinə qurban getdi.
Səhəri Dostu anayla küçəyə düşdük. "Şamaxinka" dan üzü aşağı bütün yol qana bürünmüşdü. Şəhər sanki ölmüşdü...
Hər 20 yanvar tarixini xatırlayanda o günün acısı bürün ürəyimi didir, yandırır. O yanğı hələ də qəlbimdədir, Şəhidlər Xiyabanında yanan məşəl kimi. Millətimə əl qaldıran, o əmri verən, əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun!"
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"