Cəlal Əliyev adına mükafat ilk dəfə bu alimə təqdim edilib

14:40 18-12-2018 | icon 474 | Cəmiyyət
Cəlal Əliyev adına mükafat ilk dəfə bu alimə təqdim edilib

 

Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat”a ilk dəfə Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Ren layiq görülüb.

 

Azərbaycan Milli Elmlər Akademiyasından Versus.Az-a verilən məlumata görə, mükafatı alimə AMEA-da keçirilən akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransda Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton-Ray təqdim edib.

 

Tədbirdə qurumun katibi “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzəsində görkəmli alim Cəlal Əliyevin Azərbaycanda biologiya elminin bir sıra yeni istiqamətlərinin müəyyənləşdirilməsində və onun aktual problemlərinin həllində, bütövlükdə aqrar elmin inkişafında, buğdanın məhsuldarlığının əsası kimi fotosintez prosesinin kompleks tədqiqində göstərdiyi rolundan danışıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol