20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

12:19 20-01-2022 | icon 479 | Təhsil
20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri və uşaq-gənclər idman-şahmat məktəbləri tərəfindən 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

Versus.az  AzEdu.az-a istinadla bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ağla qərənfil ağla” mövzusunda sərgi açılıb, “ Qan yaddaşımız 20 Yanvar” adlı ədəbi-bədii tədbir keçirilib. Həmçinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Tarixin qan yaddaşı” adlı guşə, “Azadlığa gedən yolun zirvəsi” ədəbi-bədii tədbir və rəsm işlərindən ibarət sərgi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Unudulmayan tarixin qəhrəmanları" rəsm sərgisi, “Şəhid adı müqəddəsdir” adlı ədəbi-bədii kompozisiya, Azərbaycan İstiqlal Muzeyinə ekskursiya və digər tədbirlər həyata keçirilib.

Həmçinin bu mərkəzlər tərəfindən dərnək üzvlərinin iştirakı ilə açıq dərslər, dəyirmi masalar, Şəhidlər xiyabanına ziyarətlər təşkil edilib.

Uşaq-gənclər idman-şahmat məktəblərində məşqlərdə idmançılara 20 Yanvar faciəsi haqqında məlumat verilib. Müxtəlif idman növləri üzrə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş yarışlar keçirilib.
Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunmuş, xalqımızın qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinin qəhrəmanlarının əziz xatirəsinin dərin ehtiramla yad edilməsidir. Həmçinin Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini əks etdirən dövr barədə dərnək üzvlərinin məlumatlandırılması, gənc nəslin milli qəhrəmanlıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı