Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

12:28 20-01-2022 | icon 481 | Maraqlı
Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

İlk cinayət əməlini 1992-ci ildə törədən, ardınca eyni əmələ - oğurluğa görə məhkumluq həyatı yaşayan şəxs 2002-ci ildə cəzaçəkmə müəssisəsindən qaçıb. 19 il azadlıqda yaşayan şəxs  bilirsiz nəyə görə yenidən yaxalanıb. Aldığı oğurluq maşına görə...

 

 

 

Versus.az Musavat.com-a əsasən xəbər verir ki, 1967-ci il təvəllüdlü Haşimimüqəddəm Mirhəsən 1992-ci, 1995-ci və 1997-ci illərdə oğurluq əməlləri törədib. Buna görə də cinayət məsuliyyətinə cəlb edilib və bir neçə il həbsxanada qalıb. 2000-ci ildə ona təyin edilmiş ümumi cəza 7 il 4 ay olaraq nəzərə alınıb. Cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar verilib.

 

Mirhəsənin atası və anası 1946-cı ildə İrandan Azərbaycana köç ediblər. Atası kənd təsərrüfatı institutunu bitirdikdən sonra təyinatı Quba rayonuna verildiyi üçün orada yaşamağa başlayıb. O da 1967-ci ildə Qubada doğulub. Qubada 8-ci sinifə qədər oxuduqdan sonra Sumqayıt şəhərində yerləşən texnikumda 2 il təhsili alıb. Amma təhsilini yarıda qoyub. Bundan sonra 3 dəfə oğurluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

2000-ci ildə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra evə gedib-gələn zaman tanış olduğu bir xanımla ailə həyatı qurub, bir qız övladları dünyaya gəlib. Mirhəsən 2002-ci ildə cəzaçəkmə müəssisəsindən qaçaraq 19 il gizlənməyi bacarıb.

Cəzaçəkmə müəssisəsindən qaçmasınının səbibini danışan Mirhəsən bildirib ki, övaldı üçün darıxırmış:
“Yeni ailə həyatı qurmuşdum. Ailəm üçün çox darıxırdım. Cəzaçəkmə müəssisəsindən qaçaraq piyada Xaçmaz rayonuna getdim. Həmin vaxt ailəm Sabunçu rayonununda kirayədə yaşayırdı. Bakıya gələndə tikintilərdə fəhləlik eləməyə başladım. 2003-cü ildə tanışım Samir dedi ki, Yaşar adlı şəxs öz evinə gözətçi axtarır. Onunla görüşərək təklifini qəbul etdim. Ailəmlə birlikdə onun evində qaldıq. Həyətinə baxır, bağbanlıq edirdim”.

19 il sonra necə saxlanılması haqda danışan Mirhəsən bildirib ki, 2020-ci ildə Valeh adlı maşın alverçisindən 2200 manata “VAZ -Oka" markalı avtomobil alıb.

“Həmin maşının oğurluq olduğunu bilmirdim. Valeh maşının sənədlərinin itdiyini demişdi. Özüm də axtarışda olduğum üçün həmin sənədləri almağa cəhd eləmədim. Təxminən bir il sonra polis əməkdaşları yaşadığım evə gəldi. Maşının axtarışda olduğunu deyib məni polisə apardılar. Orda bildilər ki, mən də axtarışdayam”.

Elə həmin gün həbs edilən və əməlindən peşman olduğunu deyən Mirhəsən bildirib ki, cəzaçəkmə müəssisəsində ona heç kim kömək etməyib. Oradan qaçdığını isə yalnız həyat yoldaşına deyib.

 

Mirhəsənin cinayət işi üzrə məhkəmə iclasında hadisə zamanı cəzaçəkmə müəssisəndə çalışan nəzarətçilər də dindirilib. Hadisədən 20 ilə yaxın bir vaxt keçib və indi onların hamısı təqaüdə çıxıblar. Şahid kimi dindirilən şəxslər bildiriblər ki, Mirhəsən cəzaçəkmə müəssisəsindən qaçanda heç kimə xəsarət yetirməyib, ona heç kim kömək etməyib.

Mirhəsənin həyat yoldaşı da dindirilən zaman eyni məzmunlu ifadə verib.

Şabran Rayon Məhkəməsi Haşimimüqəddəm Mirhəsənə əvvəlki oğurluq əməllərinə görə cəza təyin etməyib. Məhkəmə Mirhəsənin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2000-ci ildə ona təyin olunmuş cəzanın çəkilmiş hesab edilməsi ilə əlaqədar hazırda ona törədilməsi istinad olunan cinayət əməlinin öz aktuallığını itirməsini və törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınıb.

 

Məhkəmə Mirhəsənə Cinayət Məcəlləsinin 304.1-ci (Cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması. İki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib və ona 5 ay azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...