Əfqan Nağıyevin həbsdəki qardaşı ilə bağlı YENİ QƏRAR

10:15 21-01-2022 | icon 438 | Hadisə
Əfqan Nağıyevin həbsdəki qardaşı ilə bağlı YENİ QƏRAR

Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevin cəza müddəti uzadılıb.

 

Versus.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsi onun barəsində yeni hökm çıxarıb.

 

Hökmə əsasən, E.Nağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, Elxan Nağıyev özü də DSX-də vəzifəli şəxs olub. İttihama görə, polkovnik-leytenant E.Nağıyev “Sərhədçi” İdman Kompleksinin rəis müavini vəzifəsində çalışarkən adamları işə düzəltmək, birgə biznes qurmaq adıyla aldadıb. Dələduzluq ittihamı ilə 2020-ci ilin noyabrında 6 il həbs cəzası alıb. 2021-ci ilin fevralında yeni şikayətlər əsasında ona qarşı yenidən cinayət işi başlanıb.

 

Qeyd edək ki, Əfqan Nağıyev özü də 2020-ci ilin mayında həbs edilib. O, Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunub. Lakin general Nağıyev həbsindən 3 ay sonra azadlığa buraxılıb və cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

 

Bunun ardınca Vətən Müharibəsinə qoşularaq strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə “Qarabağ” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. /Qafqazinfo/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu