"Belə cılız məsələlərin Milli Məclis səviyyəsində müzakirəsi düzgün deyil"

14:55 18-12-2018 | icon 419 | Cəmiyyət
"Belə cılız məsələlərin Milli Məclis səviyyəsində müzakirəsi düzgün deyil"

 

Milli Məclisdə özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndiriyi fikirlərə münasibət bildirilib.

 

Versus.Az xəbər verir ki, spiker Oqtay Əsədov deyib ki, Mübariz İbrahimovla bağlı deyilən məsələ ətrafında müzakirələri izləyib. Onun sözlərinə görə, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür:

 

“İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq”.

 

Qeyd edək ki, deputat Fəzail Ağamalı və Fəzail İbrahimli Nərmin Şahmarzadənin fikirləri ilə bağlı sərt çıxış ediblər. Onlar Milli Qəhrəman haqqında belə aşağılayıcı sözlərin işlədilməsini pisləyiblər.

 

F.Ağamalı deyib ki, son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır:

 

“Bu, Avropada yerləşən antimilli qüvvələr tərəfindən ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı