Millət vəkili xankəndlilərlə görüşüb

12:56 29-11-2017 | icon 520 | Qarabağ
Millət vəkili xankəndlilərlə görüşüb

“Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman dəstək olmalıyıq

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Elazığda bölgənin ən böyük kəndlərindən biri olan Xankəndi sakinləri ilə görüşüb.

Versus.Az-ın məlumatına görə, Q.Paşayeva xankəndlilərə Dağlıq Qarabağdan, Xankəndinin tarixindən danışıb, Ermənistanın işğalı nəticəsində o bölgələrimizdə törədilən vandalizm aktları barədə geniş məlumat verib. “Sizin dədələrinizin bir çoxu on illər əvvəl orada törədilən zülmlərdən buralara gəliblər” deyən millət vəkili onları Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.

Q.Paşayeva Elazığda həmçininin Türk dünyaının müxtəlif dövlət və bölgələrindən gəlmiş şair, yazar, aydınları, QHT və KİV rəhbərləri ilə görüşüb. Görüş iştirakçılarına ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmaq lazım olduğunu vurğulayıb. Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərə toxunan millət vəkili Türk dünyasının ən böyük problemi olan Qarabağ problemindən danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün əlindən gələni əsirgəməməlidir:

“Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas işi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə millət vəkilləri ilə bərabər QHT və KİV rəhbərlərinin, yazarların, şairlərin, sənətçilərin, araşdırmaçıların, aydınların, jurnalsitlərin üzərinə çox böyük missiya düşür. Mən sizləri fəaliyyət və yaradıcılıqlarınızda Azərbaycana, Qarabağ problemi mövzusuna daha geniş yer verməyə çağırıram”.

Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu, Qarabağ həqiqətlərini özündə geniş əks etdirən materialları təqdim edib.
Azərbaycanı çox sevdiklərini deyən Türk dünyası şair, yazar, aydınları, alimləri, QHT və KİV rəhbərləri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildiriblər. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb.
Q.Paşayeva görüşün sonunda onları ölkəmizdə görməkdən məmnun olacağını deyib.

Qeyd edək ki, millət vəkili Q.Paşayeva “Vətən” mövzulu sərginin də açılışında bələdiyyə başqanı, vali, millət vəkilləri və Türk dünyası aydınları ilə birlikdə iştirak edib və bu cür sərgilərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin