Tağıyevin heykəlini zədələyənlərlə bağlı SON QƏRAR

17:39 21-01-2022 | icon 366 | Hadisə
Tağıyevin heykəlini zədələyənlərlə bağlı SON QƏRAR

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin zədələməkdə təqsirləndirilən 31 yaşlı Vüqar Tağızadə və 26 yaşlı Allahverdi Məmmədli barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

 

Versus.az  APA-ya istinadla xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində keçirilən prosesdə qərar çıxarılıb. Hər iki şəxs sərbəst buraxılıb və polisinin nəzarətinə verilib.

 

Qeyd edək ki, yanvarın 18-də Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinin gecə saatlarında zədələnib.

 

Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – Vüqar Tağızadə və Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

 

Onların hərəkətlərində xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı