Sərt karantin tətbiq edildi

09:27 22-01-2022 | icon 463 | Dünya
Sərt karantin tətbiq edildi

Koronavirusdan azad ölkədə yoluxma qeydə alındı

 

Solomon adalarında pandemiya müddətində ilk dəfə olaraq koronavirus infeksiyasının yayılması qeydə alınıb.

 

Son 24 saat ərzində koronavirus infeksiyasına 48 yoluxma faktı aşkarlanıb.

 

Ölkənin Baş nazir Manasse Soqavare mətbuat konfransında ölkənin paytaxtı Honiaradakı ən böyük xəstəxananın 56 çarpayısından 50-nin dolu olduğunu bildirib.

 

“İnfeksiyaların sayı artarsa, biz insanları müalicə üçün yerləşdirə bilməyəcəyik”, - deyə hökumət başçısı etiraf edib.

 

Yanvarın 20-də Solomon Adalarının səlahiyyətliləri ilk koronavirus infeksiyası halını aşkar etdikdən sonra paytaxt Honiaranı şənbə günü saat 6:00-a qədər sərt karantinə bağlayıblar. Qərar Mikroneziyadan ölkəyə gələn altı nəfərin koronavirusa yoluxmasından sonra qəbul edilib. Rəsmi qurumların tələbi ilə paytaxt və ətraf qəsəbələrin sakinləri karantin müddəti başa çatana qədər evdə qalmalı, yalnız ekstremal hallarda oranı tərk etməlidirlər.

 

İndiyə qədər Solomon adaları koronavirusdan azad bir dövlət hesab olunurdu. Epidemiya başlayandan ölkədə 20 yoluxma halı qeydə alınıb, yoluxanların hamısı sağalıb. Ölümlə nəticələnən vəziyyət olmayıb. Ştatın əhalisi təxminən 705 min nəfərdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI