Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK
Nərminə Abbasova: “Ağırlaşmalar hansı arteriyanın zədələnməsindən asılı olaraq dəyişir”
Ateroskleroz nədir və qarşısı necə alınmalıdır? Mövzu ilə əlaqədar saytımıza MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA danışacaq.
Nərminə Abbasova öncə onu bildirdi ki, oksigen və qida maddələrini ürəkdən bütün bədənə aparan arteriyaların qalınlaşması və sərtləşməsi zamanı arterioskleroz adlanır. Onun sözlərinə görə, bəzən bu, orqan və toxumalara qan axınını məhdudlaşdırılmasına səbəb olur. Belə ki sağlam arteriyalar elastik və yumşaq olur, lakin vaxt keçdikcə arteriaların divarları sərtləşə bilir:
“Ateroskleroz arteriosklerozun spesifik bir növüdür, lakin termin olaraq bir-biri ilə dəyişik istifadə oluna bilir. Ateroskleroz arteriya divarlarının içində və üzərində yağların, xolesterol və digər maddələrin toplanmasına (ərp) deyilir, hansı ki, qan axınını məhdudlaşdırır. Ərp bəzən qoparaq, həmin nahiyədə qan laxtasının əmələ gəlməsinə səbəb olur. Baxmayaraq ki, ateroskleroz dedikdə ağıla ən çox ürək problemləri gəlir, lakin orqanizmin hər yerində olan arterialara təsir edə bilir. Ateroskleroz qarşısı alına və müalicə oluna bilən bir vəziyyətdir”.
Bəs ateroskleroza nə səbəb olur? Həkim terapevt deyir ki, ateroskleroz yavaş gedişli, mərhələli xəstəlik olub, erkən uşaqlıqdan başlaya bilər:
“Baxmayaraq ki, tam dəqiq səbəbi bilinmir, ateroskleroz arteriya daxilində zədə və ya yara ilə başlaya bilər. Bu zədə müxtəlif səbəblərdən yarana bilər. Məsələn, yüksək qan təzyiqi, yüksək xolosterin, yüksək triqliseridlər. Eyni zamanda, siqaret və digər tütün məhsullarının istifadəsi, insulin rezistendliyi, diabet və ya artıq çəkili olmaq, hər hansı infeksiyadan, artrit və qırmızı qurd eşənəyi iltihabından və ya bilinməyən iltihabi xəstəlik səbəb ola bilir.
Arteriyanın daxili divarı zədələndikdə, qan hüceyrələri və digər maddələr tez zədə nahiyəsinə gəlir və arteriyanın daxili səthində toplanır. Zamanla xolesterin və digər maddələrdən ibarət olan yağ depoları (ərp) da yara nahiyəsinə gələrək, zədə nahiyəsinə toplanır və sərtləşir, arteriyaları daraldır. Bu arteriyaya bağlı olan toxuma və orqanlar yetərli miqdarda qan ala bilmədikləri üçün düzgün fəaliyət göstərə bilmir. Qeyd edim ki, bəzən ərpin parçaları qoparaq qan dövranına daxil olur.
Əlavə olaraq ərpin nazik qatı dağılır, xolesterin və digər maddələri qan dövranına buraxır. Bu proses qan laxtası meydana gətirə və orqanizmin spesifik nahiyəsində damarı tıxaya bilər. Buna misal olaraq ürək arteriyasının tıxanması, nəticəsində infarktın yaranmasını göstərə bilərik. Bu laxta həmçinin qoparaq orqanizmin başqa yerində başqa bir orqanın arteriyasını tıxaya bilər”.
Ateroskleriozun əlamətlərindən də bəhs edən Nərminə xanım vurğuladı ki, aterosklerioz mərhələli olaraq inkişaf edir. Həkim deyir ki, yüngül gedişli aterosklerozda adətən əlamətlər olmur:
“Adətən orqan və toxumalara yetərli miqdarda qan getməyəcək səviyyəyə qədər arteriyalarda daralma və tutulma olmadıqca, ateroskleroz əlamətləri meydana çıxmır. Bəzən qan laxtası qoparaq damarı tamamilə tutur, miokard infarktı və ya insulta səbəb olur.
Ateroskleroz əlamətləri zədələnən arteriyadan asılı olaraq dəyişə bilər.
Misalçün, ateroskleroz ürək arteriyalarında olduğu zaman döş qəfəsində ağrı və təzyiq hiss edilə bilir. Eyni zamanda, ateroskleroz beyin arteriyalarında olduğu zaman əllərdə və ayaqlarda ani uyuşuqluluq və zəifləmə, danışmaqda çətinlik çəkmək və ya danışığın pozulması, bir gözdə görmənin müvəqqəti itməsi və ya üz əzələlərində hərəkətsizlik kimi əlamətlər ortaya çıxır. Bunlar keçici işemik hücum əlamətləridir, hansı ki, müalicə olunmadıqda insulta qədər irəliləmə ehtimalı var. Qeyd edim ki, ateroskleroz əl və ayaq arteriyalarında olduqda, yeriyən zaman ayaq ağrılarının olması kimi periferik arteriya xəstəliyinin simptomları ola bilər. Və böyrəkləri qidalandıran arteriyalarda ateroskleroz olduğu zaman yüksək qan təzyiqi və böyrək çatışmazlığı kimi hallar da yaşana bilər”.
Həkim terapevt bildirdi ki, damarların sərtləşməsi zamanla meydana gəlir. Onun sözlərinə görə, yaşlanma ilə yanaşı ateroskleroz riskini artıran faktorlar kimi yüksək qan təzyiqini, yüksək xolesterin, diabeti, artıq çəkini, siaqret və digər tütün məhsullarını, hərəkətsizliyi, zərərli qidalanmanı göstərmək olar. Terapevtin sözlərinə görə, ailədə ürək xəstəliyinin olması da ateroskleroz riskini artıran factor sayılır.
Həkim deyir ki, ağırlaşmalar hansı arteriyanın zədələnməsindən asılı olaraq dəyişiklik göstərə bilər:
“Məsələn, tac arteriyaların xəstəliyi. Ürəyə bağlı olan arteriyaların daralması tac arteriyaların xəstəliyinə səbəb olur, hansı ki, döş qəfəsində ağrı, infarkt və ürək çatışmazlığına gətirib çıxarır. Beyinə gedən arteriyaların daralması isə yuxu arteriyasının zədələnməsinə səbəb olur ki, bu da insult və ya işemiyaya səbəb ola bilir. Qeyd edim ki, ayaq və əllərdə yaranan ateroskleroz zamanı isə qan dövranında, ayaq və əl arteriyalarında periferik arteriya xəstəliyi yaranır. Bu, əllərdə və ayaqlarda hissiyatın azalmasına, soyuq və istiyə qarşı həssaslığın azalmasına səbəb olur. Nadir hallarda ayaq və əllərdə olan zəif qan dövranı toxuma ölümünə - qanqrenaya səbəb ola bilir.
Ateroskleroz eyni zamanda anevrizmaya da səbəb olur, hansı ki orqanizmin bütün nahiyələrində meydana gələ bilər. Anevrizma arteriya divarında meydana gələn şişlikdir. Anevrizma olan bir çox insanda əlamətlər olmur. Anevrizma olan nahiyədə ağrı və döyüntü meydana gələ bilər ki, bu da təcili tibbi təxirə salınmaz haldır.
Anevrizma cırılarsa, həyati təhlükəli olan daxili qanaxma başlaya bilər. Baxmayaraq ki, bu ani baş verən təhlükəli bir haldır, bəzən sızıntı şəklində də ola bilir. Qan laxtası (tromb) anevrizmadan ayrılıb orqanizmin uzaq bir yerində arteriyanı bağlaya bilər. Onu da deyim ki, ateroskleroz böyrəklərə gedən arteriyanı daraldaraq, ora gedən oksigenli qanın miqdarını azaldır. Zamanla böyrək funksiyasına təsir edərək, zərərli maddələrin orqanizmdən xaric olmasını yavaşladır”.
Həkim terapevt vurğuladı ki, aterosklerozun müalicəsi üçün lazım olan sağlam həyat şəraiti onun qarşısının alınması üçün də mütləqdir. Bunlar siqareti tərgitmək, sağlam qidalanmaq, davamlı hərəkət, boy-çəki indeksini normada saxlamaqdır:
“Xəstəlik başlamadan qarşısını almaq üçün mütəmadi olaraq Lipid spektri analizini verərək, qanda xolesterinin miqdarını bilmək və onu norma daxilində saxlamaq lazımdır. LDL xolesterol xüsusilə normadan çox olduqda ateroskleroz yaranmasına və damarların tıxanmasına səbəb olur”.
DİQQƏT!
Həkim terapevt Nərminə Abbasova aterosklerozun müalicəsi üçün hər kəsi MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"