Rusiya-Ukrayna müharibəsinin başlayacağı tarix açıqlandı

17:06 25-01-2022 | icon 609 | Dünya
Rusiya-Ukrayna müharibəsinin başlayacağı tarix açıqlandı

ABŞ Rusiyanı az qalsın hər gün sanksiyalarla hədələyir. Ukrayna işğal edilsə, tətbiq ediləcək sanksiyaların nəyə yarayacağı maraq doğurur. ABŞ Rusiyaya nə sanksiya tətbiq edə bilər ki, Moskva Ukraynaya hücum və o ölkəni ələ keçirmək istəyindən geri çəkilsin?

 

Bu arada, Donbasdakı Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatının komandanı, general-leytenant Oleksandr Pavlyuk hesab edir ki, Rusiyanın Ukraynaya hücumu fevralın 20-də başlaya bilər. O, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.

 

“Rusiya fevralın 20-də, Qış Olimpiya Oyunları başa çatdıqdan sonra hücuma keçə bilər. Bu tarix bizi narahat edir”, - deyə ukraynalı general bildirib. O xatırladıb ki, fevralın 20-si Rusiya-Belarus birgə təlimlərinin son günüdür və Rusiya bu təlimdən bəhanə kimi istifadə edərək, Belarusa çoxlu sayda hərbçi və silah-sursat ötürüb.

 

Pavlyuk eyni zamanda yeni Ukrayna torpaqlarını ələ keçirmək cəhdinin “çox ağır olacağını” vəd edib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının əsas hücum istiqamətini hesablasa, düşmən çox böyük itkilər verəcək və bundan sonra hücum dayandırıla bilər.

Rusiya Ukrayna ordusu ilə müharibəyə başlasa, bu müharibənin rus ordusuna ciddi zərbələr vurması ehtimalı varmı?

 

Versus.az xəbər verir ki, politoloq Oktay Qasımov bildirib ki, Ukrayna məsələsi ilə bağlı ABŞ-la Rusiya arasında danışıqlar gedir.

 

"Artıq yüksək səviyyəli üçüncü görüş keçirildi. Burada ABŞ Rusiyanı diplomatik və siyasi yollarla Ukraynaya müdaxilədən çəkindirməyə çalışır. Görünən budur ki, ilk baxışdan ABŞ-ın mövqeyi 2014-cü ildən fərqli olaraq bu dəfə Ukrayna məsələsində daha sərt və ciddidir. Bu baxımdan son dövrlər Amerika tərəfindən açıqlanan sanksiya hədələri artır. Rusiyanı durdurmaq üçün hansı sanksiyalardan istifadə olunacağı məsələsinə gəlincə, onu qeyd etmək olar ki, Lavrov-Blinken görüşündən sonra ABŞ tərəfindən açıqlanan fikir bundan ibarət idi ki, əgər Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, Rusiyanı misli görünməmiş sanksiyalar gözləyir. Bu sanksiyaların 18 bənddən ibarət olduğu qeyd edilirdi. Əlbəttə ki, bu sanksiyalar içərisində ən ciddi bir neçəsini qeyd eləmək olar. Bunlardan birincisi "Şimal axını-2" layihəsinin sertifikatlaşdırılmasını, işə düşməsini əngəlləmək, ikincisi Rusiyanın enerji resurslarının dollarla satışını ənəgəlləmək və onun beynəlxalq əməliyyatlarına imkan verməmək. Üçüncüsü, Rusiyanın beynəlxalq əməliyyatlarını aparmaq üçün onu siviv sistemindən çıxarmaq kimi addımlar ola bilər. Bu sanksiyalar Rusiya iqtisadiyyatı üçün olduqca ağır zərbələr demək olar. Amma indi konkret olaraq hansı sanksiyaların tətbiq olunacağı dəqiq deyil. Hər halda, düşünürəm ki, Rusiyanı sanksiyalarla dayandırmaqdan daha çox ABŞ tərəfi, konkret olaraq NATO özlərinin müəyyən sayda hərbi kontingentini Ukraynaya yerləşdirməlidirlər və bu məsələdə ciddi olduqlarını nümayiş etdirməlidirlər ki, bu, Rusiya üçün çəkindirici element olsun". (Yeni Müsavat)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...