"Omikron"la bağlı QORXUNC XƏBƏRDARLIQ

17:19 25-01-2022 | icon 431 | Sağlamlıq
"Omikron"la bağlı QORXUNC XƏBƏRDARLIQ

Ege Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin müəllimi Prof. Dr. Oğuz Reşat Sipahi omikran ştammının qısa müddətdə yox olmayacağını deyib.

 

Versus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professorun sözlərinə görə, omikrona qarşı əhalidə yaranan kütləvi immunitet pandemiyanın bitirmək gücündə olmayacaq.

 

“Təkamül baxımından omikronun qısa müddətdə yoxa çıxacağı görünmür. Həssas və peyvənd olunmamış vətəndaşlar üçün riskli günlərdir. Bu insanlar daha çox diqqətli davranmalıdır. Omikron daha az öldürür, lakin öldürməyə davam edir. Onun daha çox yoluxucu olması cəmiyyətdə yoluxma hallarının artmasına səbəb olur.

Dünyada hər hansı variant gərginlik yaratdıqdan sonra yeni variantlar ortaya çıxır. Omikrondan BA1 və BA2 variantları ortaya çıxdı. Hələlik görünür ki, bu variantlar daha çox öldürmür, lakin onların daha az öldürdüyü barədə dəqiq məlumatlar da yoxdur. Öldürücülüyü barədə dəqiq məlumatlar əldə etmək üçün daha çox vaxt lazımdır. Maska, sosial məsafə və peyvənd bütün variantlar üçün çox vacibdir. Ən əsası isə bütün dünya ümumi qüvvə ilə hərəkət etməlidir”, - həkim bildirib.

 

Professor vurğulayıb ki, bir ay əvvəllə müqayisədə xəstəxanada diaqnoz qoyulan xəstələrin sayı təxminən 5 dəfə artıb: “Tələbələrin semestr tətilinə girməsi ilə bağlı havaların soyuq keçməsi ilə bağlı qapalı ticarət mərkəzlərində aktivlik artıb. Əhalidə gündəlik 70 mini keçərsə, bu virusdan qısa zamanda xilas olmaq mümkün görünmür”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin