"Ermənistan hər şeyə hazırdır, amma ilkin şərtlərlə"

17:30 25-01-2022 | icon 636 | Dünya
"Ermənistan hər şeyə hazırdır, amma ilkin şərtlərlə"

"Ermənistan tərəfi təfərrüatı açıqlayaraq prosesi pozmaq istəmir"

 

Versus.az xəbər verir ki, Ermənistan Azərbaycanla sülh sazişinə, Türkiyə ilə barışmağa, sərhədin delimitasiyası üzrə ikitərəfli komissiya yaratmağa hazırdır. Bu barədə dünən Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda KİV-lərin suallarını cavablandırarkən bildirib.

 

Eyni zamanda, o, bütün bu məsələlərlə bağlı Ermənistanın ilkin şərtlərinin olduğuna işarə edib.

 

"2022-ci ildə Türkiyə ilə diplomatik münasibətlər qurmağa müvəffəq olub-olmayacağımızı proqnozlaşdıra bilmərəm, belə ki, bu, təkcə bizdən asılı deyil. Amma belə bir nəticə əldə etsək, bu, çox məntiqli olacaq", deyən Paşinyan dərhal əlavə edib ki, "proses uzansa, uğurla nəticələnməyə də bilər".

 

"Biz qeyd-şərtsiz diplomatik münasibətlər qurulmasında maraqlıyıq və belə bir imkan var. Ermənistan və Türkiyənin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrinin ilk görüşü keçirilib və bu dinamika davam etsə, çox ehtimal ki, Ermənistan Türkiyənin Antalyada diplomatiya forumunda iştirak etmək dəvətini qəbul edəcək", deyə o bildirib.

 

Azərbaycanla münasibətlərinə toxunan Paşinyan deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin əleyhinə deyil, amma bu saziş tərtib edilməli və hazırlanmalıdır. "Bu, danışıqların predmetidir. Ermənistan danışıqlara hazırdır", deyə o bildirib.

 

Paşinyanın sözlərinə görə, 1992-ci ildə Ermənistan və Azərbaycan parlamentlərində bir-birinin ərazi bütövlüyünün tanınması və MDB-də mövcud olan sərhədlər çərçivəsində sərhədlərin toxunulmazlığı haqqında sənədləri ratifikasiya ediblər, amma bir çox məsələlər və məqamlar həll edilməmiş olaraq qalır və bunun üçün danışıqlara ehtiyac var.

 

"Biz təklifləri Rusiyaya və birbaşa Azərbaycana təqdim etdik. Söhbət Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin artırılmasından və sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın formalaşdırılmasından gedir. Müzakirələr davam edir və Ermənistan tərəfi təfərrüatı açıqlayaraq prosesi pozmaq istəmir", deyə o bildirib. Rəsmi Bakı hələlik Paşinyanın fikirləri ilə bağlı şərh verməyib. /turan.az/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu