Hafiz Hacıyevin əməliyyatdan sonrakı VƏZİYYƏTİ

13:26 26-01-2022 | icon 656 | Siyasət
Hafiz Hacıyevin əməliyyatdan sonrakı VƏZİYYƏTİ

Hələ də danışmağa çətinlik çəkdiyi hiss olunsa da...

 

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin səhhətinin yenidən pisləşərək xəstəxanaya yerləşdirilməsindən xeyli vaxt keçib. Partiya sədrinin səhhəti ilə maraqlanmaq üçün özü ilə əlaqə saxladıq.

 

Artıq səhhətinin yaxşılaşmağa doğru getdiyini deyən Hafiz Hacıyev əməliyyat olunduğunu, əməliyyatdan sonra həkimlərinin köməyi ilə özünü yaxşı hiss etdiyini dedi. Amma hələ də danışmağa çətinlik çəkdiyi hiss olunan MMP sədri vurğuladı ki, həkimləri ona əsəblərə toxunacaq ictimai-siyasi məlumatlardan bir müddət kənarda qalmasını məsləhət görüblər.

 

Hafiz Hacıyev bizimlə söhbət zamanı fürsətdən istifadə edib səhhəti ilə bağlı onu arayan dostlara, həmkarlara, eyni zamanda jurnalistlərə təşəkkürünü də ifadə etdi:

 

"Sağ olsunlar, yaddan çıxartmırlar, tez-tez zəng edirlər. Düzdür, çox vaxt cavab vermək imkanım olmur, amma bunu diqqətsizliyim kimi anlamasınlar. Mən məni özünə dost bilən, sağlıq durumuma görə narahat olan hər kəsə minnətdaram. Xəstəxana elə bir yerdir ki, burdan kimin kim olduğu daha yaxşı görünür. Allah hamınıza can sağlığı versin, inşallah tezliklə görüşərik".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin