O da “Anka” filminin təqdimatına GƏLİR

15:36 26-01-2022 | icon 536 | Film
O da “Anka” filminin təqdimatına GƏLİR

Fevralın 3-ü “Park Cinema Flame Towers” saat 19:00-da kinoteatrında “Anka” filminin xüsusi nümayişi keçiriləcək. Nümayişdə filmin baş qəhrəmanının rolunu oynayan Ozan Akbaba və digər aktyorlar da iştirak edəcək. Filmin qala gecəsinə biletləri parkcinema.az və iticket.az saytlarından əldə etmək olar.



Versus.Az xəbər verir ki, öz süjeti və dinamikası ilə “Türk forsajı” ləqəbini qazanan bu film Azərbaycanda ancaq “Park Cinema” kinoteatrlar şəbəkəsində yayımlanacaq.

 

Filmin süjetinə görə, baş qəhrəman Murat hələ uşaq ikən yol qəzasında ailəsini itirib. O gündən bəri həyata tutunmaq istəməyən Muratın həyatında ən böyük dayağı yaxın dostu Tarık, sevdiyi qadın Zümrüt və onu böyüdən Ejderdir. Lakin işini itirmək və pulsuz qalmaq onu bədbinliyə sürükləyir. Muratın həyatını davam etdirmək üçün qəza günü tam yaşaması lazım olduğuna inanan Ejder qəzaya düşən maşını Murata göstərir və onu bu halda görmək istəmədiyini deyərək qərar verməsini istəyir. Baş verənlərdən sonra bir müddət yoxa çıxan Murat qayıtdıqdan sonra həyatına yenidən başlamaq üçün hərəkətə keçir.



Filmin rejissoru Türkiyənin ən perspektivli rejissorlarından biri olan Süleyman Mert Özdemirdir, prodüseri isə həmyerlimiz Müşviq Quluzadədir. Ozan Akbabadan başqa, filmdə həmçinin Engin Hepileri, Uğur Uzunel və digər aktyorlar çəkilib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...