Rafael Ağayevin “Karate Combat”da rəqibi

09:12 28-01-2022 | icon 225 | İdman
Rafael Ağayevin “Karate Combat”da rəqibi

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Combat”da rəqibi müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, bu, Macarıstan təmsilçisi Jolt Habdadır.

 

Döyüş bu gün Budapeştdə keçiriləcək.

 

Bu barədə görüş öncəsi mətbuat konfransında açıqlama verilib. Tədbirdə sualları cavablandıran Ağayev 30 ildir idmanla məşğul olduğunu xatırladıb.

 

O, “Karate Combat”a keçidini kiçik yaşlarından küçədə çox dalaşması ilə əlaqələndirib: “Əlbəttə, Karate Combat” mənim üçün böyük addımdır. Artıq 30 ildir idmandayam. Kiçik yaşlarımdan küçədə çox dalaşdığımdan, döyüşməyi çox sevirəm. Gələcəkdə harada olacağam? Hələlik burdayam. Çox şanslıyam ki, “Karate Combat”dayam”.

 

Qeyd edək ki, Rafael Ağayevin 37, Jolt Habdanın 25 yaşı var. Habda karate ilə 1999-cu ildən məşğul olur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

 Rusiya qəzetləri Azərbaycanı hədəfə alıb, orda Ukrayna...MÖVQELƏR

Zəfəri Nurlandıran NURLAN

"Onlayn nəzir" hansı halda QƏBULEDİLƏNDİR?

“Çağırışçıların 90 faizini bu aktla sığortalamaq olacaq”

Qazi-jurnalistimizin vəziyyəti kritikdir

Pikassonun məşhur əsəri

Məzar daşları rəqəmsal dünyaya DAŞINDI

50-yə yaxın şəxsi ABŞ-a aparacağı vədi ilə ALDATDI

Pişiklərin küçəyə çıxarılması QADAĞASI

Dünyada köçkünlərin sayı 59 milyonu ÖTÜB

Prezident Administrasiyasının bu şöbəsi LƏĞV EDİLİB

"Ermənistan açıq şəkildə sülhə maraqlı olmadığını göstərir"

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər