“Omikron” neçə günə orqanizmdən təmizlənir?

10:34 31-01-2022 | icon 348 | Sağlamlıq
“Omikron” neçə günə orqanizmdən təmizlənir?

Koronavirusun “omikron” variantı təxminən 5-7 gün içərisində orqanizmdən təmizlənir, lakin bu, bəzi hallarda uzun sürə bilər. “Omikron” variantında xüsusilə quru öskürək və boğaz ağrısı müşahidə edilir.

 

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Adnan Menderes Universitetinin tibb fakültəsi sinə xəstəlikləri şöbəsinin fakültə üzvü, professor Mehmet Polatlı açıqlama verib. Polatlı bildirib ki, xəstəliyi keçirənlər karantin müddətini bitirsələr belə, başqalarının yanında daha beş gün maskadan istifadə etməlidirlər.

 

Türk Toraks (döş qəfəsi) Dərnəyinin KOAH (ağciyərlərin xroniki obstruktiv xəstəliyi) İş Qrupunun rəhbəri olan Polatlı qeyd edib ki, “omikron”un Delta variantından daha yoluxdurucu olmasına baxmayaraq ağırlaşma və nəticədə reanimasiya şöbəsinə yerləşdirmə faizi aşağıdır. İndiyədək olan araşdırmalarda “omikron”un ilk növbədə yuxarı tənəffüs yollarında çoxaldığını, əvvəlki variantlarla müqayisədə ağciyərlərə daha az zərər verdiyini, virusa yoluxanların az faizində ciddi xəstəliklərə səbəb olduğu müəyyənləşib. Professor hesab edib ki, “omikron” ilə koronavirus zəifləyir, peyvənd olunmayanların “omikron”a yoluxduğu halda Delta variantına nisbətən çox az hallarda vəziyyətlərinin ağırlaşması bunu sübut edir. Bununla belə, “omikron”un daha yüngül xəstəlik kimi görünməsi Delta variantının yayıldığı dövrə nisbətən indi daha çox insanın peyvənd olunması ilə də izah edilə bilər.

 

Mehmet Polatlı

 

“Bəzi xəstələr, xüsusilə də peyvənd olunmayanlar və ya immun sistemi zəif olanlar “omikron” variantından ağırlaşa bilərlər. Koronavirusun digər variantlarında daha çox yüksək hərarət, öskürək, boğaz ağrısı, nəfəs darlığı müşahidə edilirdisə, “omikron” variantında quru öskürək, boğaz ağrısı kimi yuxarı tənəffüs yolları xəstəliklərinin əlamətləri ön plandadır”, - professor qeyd edib.

 

Polatlı onu da əlavə edib ki, burun axması, burun tutulması, dad və ya qoxunun itirilməsi, baş ağrısı, halsızlıq, əzələ ağrısı, mədə bulanması, iştahsızlıq, ishal kimi əlamətlər də şikayətlər arasındadır: “Alfa və Delta variantlarında virus yükü infeksiyadan təxminən 3 gün sonra gəlməyə meyllidir və orta hesabla 6 gündən sonra virus tədricən azalır, bədəndən təmizlənir. Araşdırmalara görə, “omikron' variantında virus orta hesabla 5-7 gündə orqanizmdən təmizlənir. İnfeksiya bir az zəif virus yüklərlə bədəndən təmizlənir. Yeni təlimatlara görə, simptomsuz və ya yüngül simptomları olan xəstələr yüksək hərarətləri olmadığı halda 7 gün sonra karantindən çıxa bilərlər”.

 

Professorun sözlərinə görə, simptomların tamamilə aradan qalxması xəstəlikdən əvvəlki risk faktorları və xəstəliyin şiddətinə uyğun dəyişə bilər. COVID-19 infeksiyasına yoluxan peyvənd olunanlar da mütləq karantində qalmalıdırlar. Son 24 saatda boğaz ağrısı, burun axması, öskürək, nəfəs darlığı kimi əlamətlər müşahidə edilməyən xəstələrin 7 gün sonra karantindən çıxa bilərlər. Polatlı deyib ki, xəstəlikdən sonra 3-9 ay müddətində şikayətlər ola bilər.

 

 

Professor “uzanmış COVID-19 sindromu” kimi tanınan “Postkovid” sindromunun bəzi xəstələrdə də müşahidə olunduğuna diqqət çəkərək bildirib ki, uzun müddətli COVİD-19 simptomlarına həddindən artıq yorğunluq, yaddaş problemləri, nəfəs darlığı, ürək döyüntüsü, əzələ ağrısı, dad və qoxuda dəyişikliklər daxildir. COVID-19 infeksiyasına yoluxanlarda "beyin dumanı" adlanan koqnitiv disfunksiya və yorğunluq kimi əlamətlər də müşahidə edilir: “COVID-19 infeksiyasında sonra bir çox orqanın zədələnməsi nəticəsində sinə ağrıları, depressiya, əzələ ağrıları, yüksək hərarət, iy və dad bilmənin bərpası 3-9 ay davam edə bilər. Ancaq mövcud məlumatlar göstərir ki, xəstəliyi zəif keçirənlərin bəziləri bir neçə aya qədər simptomlarla rastlaşa bilərlər. Xəstəxanada müalicə alan xəstələrin bəziləri isə evə buraxılandan sonra ən azı 2, hətta 12 aya qədər simptomlarla qarşılaşa bilərlər"

 

Professor onu da bildirib ki, konsentrasiya və yaddaş pozuntusu 6 həftə davam edə bilər. Xüsusilə COVID-19 infeksiyasına bağlı nəfəs darlığı yaşayanlar təxminən 2-3 ay içərisində yavaş-yavaş düzəlir, kəskin öskürəklər isə təxminən 3 ay çəkə bilər. Polatlı əlavə edib ki, müşahidələrə görə, depressiya kimi psixoloji simptomlar COVID-19 infeksiyasından sonra yayılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin