Dünyanın ən gözəl qızı

14:25 31-01-2022 | icon 371 | Şou-biznes
Dünyanın ən gözəl qızı

“Özümü ailənin utanc mənbəyi kimi hiss edirdim”

 

Fələstin əsilli amerikalı model Bella Hadid uşaqlıq illərində aldığı travmaları və onun gələcək təsirlərini etiraf edib.

 

Hadid uşaqlıqda yaşadığı çətinliklərdən danışaraq, özünü ailənin utanc mənbəyi kimi hiss etdiyini, o zaman onun fikirlərinə önəm verilmədiyini bildirib.

 

Vaxt keçdikcə Hadid başqalarını razı salmağa diqqət yetirən birinə çevrilib və cinsi, fiziki və ya emosional sərhədlər qoymağı dayandırıb. Həmişə fikirlərinin münasibətlərdə və ya ailədə daha az vacib olduğunu söyləyən kişilərin ətrafında böyüdüyünü deyən 25 yaşlı model uşaqlıqda yaşadıqlarının böyüdükdə ona ciddi təsir etdiyini bildirib:

 

“Ya susub ağlayacaqdım, ya da reaksiya verib gedəcəkdim”.

 

Hadid davamlı olaraq onu təhqir edən insanların yanına qayıtdığını və bir müddət sonra bütün enerjisini işinə verməyə başladığını bildirib. Gündə 14 saata yaxın işlədiyini deyən model, işdən kənar vaxtı olmadığı üçün doğum günü, toy kimi bir çox şənliklərə gedə bilməyib.

 

Keçən il yaşadığı sarsıdıcı enişdən sonra həyatında dəyişiklik etməyə qərar verən Hadid sosial mediadan uzaqlaşaraq meditasiya ilə özünə gəlib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Tarixçidən maraqlı faktlar

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol