“Barbi”yə bənzəmək üçün arıqladı

08:34 01-02-2022 | icon 495 | Maraqlı
“Barbi”yə bənzəmək üçün arıqladı

Avstraliyalı qadın “Barbi” gəlinciyinə bənzəmək üçün 88 kq arıqlayıb.

 

Sidneydən olan Kayla Lavender uşaq vaxtından “Barbi”yə aşiq olduğunu deyir. Hətta valideynlərinin ona hədiyyə etdiyi 200 kukla kolleksiyası da var.

 

“Mənim “Barbi” ilə bağlılığım uşaq vaxtı başlayıb və yetkin dövrümdə də davam edir”, - deyə Kayla bildirib.

 

O, etiraf edib ki, özü də gəlinciyə bənzəmək istəyib, ancaq artıq çəkisi bu arzusuna mane olub.

 

Bir dəfə təyyarədə uçmaq üçün iki oturacaq almaq məcburiyyəti isə onu özünə gətirib. Bundan sonra qadın pəhrizlərə keçib, lakin bu nəticəsiz olub. Nəhayət 2018-ci ildə Kayla mədə kiçiltmə əməliyyatına qərar verib.

 

“Əməliyyatdan sonra özümü yeni qadın kimi hiss etdim. Ancaq bu kifayət etmədi, həyat tərzimi də dəyişdirməli oldum”, - deyə Lavender etiraf edib.

 

Onun sözlərinə görə, artıq səhərini qaçışla başlayır, qidalanmasına nəzarət edir və mütəmadi idmanla məşğul olur. Həmin vaxtdan bu günə kimi avstraliyalı 88 kq arıqlayıb.

 

“Arıqlayan hər kəsə demək istəyirəm ki, ardıcıllıq əsas amildir. Tərəzidəki rəqəmlərə diqqət yetirməyin, ardıcıl olmağa çalışın”, - deyə Kayla məsləhət görüb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...