“2019-ci ildə ölkənin siyasi sferasında ciddi proseslər baş verəcək” - MÜSAHİBƏ

15:24 19-12-2018 | icon 764 | Siyasət
“2019-ci ildə ölkənin siyasi sferasında ciddi proseslər baş verəcək” - MÜSAHİBƏ

 

 

Fuad Əliyev: “Müxalifətin birliyini, həmrəyliyini yaratmaq bazardan alver etmək deyil”

 

 

ALDP sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

- Fuad bəy, bu gün bir sıra siyasi aktivlər tərəfindən "müxalifətin zirvə toplantısı" məsələsi gündəmə gətirilib. Bu görüşün baş tutması müxalif düşərgəyə nə vəd verə bilər?

 

- Bizim partiya tərəfindən dəfələrlə müxalifətin birliyi üçün çağırışlar olub. Mən ABŞ və Avropada keçirdiyim görüşlərdən sonra bir sıra partiya sədrləri ilə görüşüb müxalifətin birləşməsinin vacibliyini bildirmişəm. Hər dəfə də mənimlə görüşdən sonra, iştirakımız olmadan gedib birliklər yaradırlar və yaxud yaratmağa cəhd göstəriblər. Sonra da həmin birliklər ya dağılıb, ya da heç yaranmayıb. Kimdənsə nəsə eşidib, təşəbbüsünün məqdəsini öyrənib yaratmaq istəyirlər, o da alınmır. Çünki işin içində deyillər. İndi də kimlərsə qabağa düşüb nəsə yaratmaq istəyir. Hamıya uğurlar diləyirəm. Amma müxalifətin birliyini, həmrəyliyini yaratmaq bazardan alver etmək deyil. Bunun təşəbbüsündə olan bəzilərinə bu asan görünür. Amma nəticədə qurduqları və ya qurmaq istədikləri birliklər fiaskoya uğrayır. Çünki strateji plan və proqramları yoxdur.

 

- Görüşün dekabrın 25-də olacağı barədə məlumatlar verilsə də, hələ ki, hər hansı konkret məkan göstərilmir. İndiki müxalifətdaxili münasibətləri təhlil etsək, bu görüşün baş tutması nə dərəcədə real görünür?

 

- Hörmətli İsgəndər Həmidov ALDP-ni dekabrın 25-nə KXCP qərargahında keçirələcək tədbirə rəsmən dəvət edib. Amma başqalarının planlaşdırdıqları tədbirdən məlumatım yoxdur. Dekabrın 25-nə çox az vaxt qalır. Düşünürəm ki, sizin "zirvə"nin ilk toplantısının nə dərəcədə alınıb alınmaması sualınıza həmin gün cavab veriləcək. Hadisələri qabaqlamaq istəməzdim.

 

- Bir çoxları bu görüşü onu təşkil edənlərin etimadı itirmələri baxımından çox ziyanlı, bəziləri isə birlik, dialoq, müzakirələrin aparılması baxımından xeyirli hesab edir. Sizcə bu görüşün millət üçün xeyirli tərəfi nədir və zərərli tərəfi nə ola bilər?

 

- Belə görüşlərin xeyirli olduğunu hesab edirəm. Məncə bu görüşlər intensiv olsa bəhrəsini verəcək. 2019-ci ildə ölkənin siyasi sferasında ciddi proseslər baş verəcək. Hesab edirəm ki, müxalifət “qış yuxusuna” girmədən aktivləşməlidir.

 

- Bütün hallarda bir araya gəlinmə yaxşı hal sayılır. Amma artıq indidən bu "zirvə" "müxalifətin iqtidara qarşı yeni birliyi" kimi də təqdim olunur. Bu cür mövqe nə dərəcədə düzdür və bunun görüşün uğurlu alınmasına qarşı hansı təsirləri ola bilər?

 

- Müxalifətin yaratdığı istənilən birlik iqtidara garşıdır. Bu görüşlərin uğurlu alınması üçün heç kim şərt qoymamalıdır, səmimi şəkildə maraqları üzləşdirib birləşməlidirlər. Birlik işində şəxsi ambisiyaları kənara qoymaq lazımdır, liderlik, "mənəm-mənəm"lik prinsiplərindən əl çəkilməlidir. Müxalifətin birliyi iqtidara qarşı ola bilər, amma xalqa, dövlətə, millətə qarşı yönəlməməlidir. Ancaq çox təəssüflər olsun ki, şəxsi ambisiyaların qabardılması nəticəsində bu vaxtadək formalaşan müxalifət birliklərinin hamısı fiaskoya uğrayıb.

 

- Sizcə, bu birliyə qarşı indidən neqativ fikirlərin səslənməsi onu da əvvəlki birliklər kimi əhəmiyyətsiz edə bilərmi?

 

- Hər bir partiya sədri öz gücünü cox yaxşı bilir. Həmin partiyanın fəaliyyəti də ictimaiyyət tərəfindən qiymətləndirilir. Hər kəs özünün hara qədər gedəcəyini, nəyə iddialı olduğunu artıq göstərəndə bu görüşlər əhəmiyyətsiz olur. Atalar demişkən, hər kəs öz yorğanına baxıb ayağını uzatmalıdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı