“Sən bu cürəti hardan alırsan ki, Azərbaycan dövlətinə meydan oxuyursan”

15:42 19-12-2018 | icon 646 | Siyasət
“Sən bu cürəti hardan alırsan ki, Azərbaycan dövlətinə meydan oxuyursan”

 

Əli Əliyev: “Cəmiyyətin ümid elədiyi adamlar son günlər boş-boş işlərlə məşğuldular”

 

 

“Şəhidinə hörmət etməyən cəmiyyət heç vaxt rifah içində yaşaya bilməz. İndi o vəziyyətə gəlib çatmışıq ki, bu dövləti yaşadan, bu dövət üçün övladını şəhid vermiş  ailələr küçələrdədir”.

 

Versus.az xəbər verir ki, bunu Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Osmanqızı ilə" Youtube kanalında bildirib.

VİP sədri bu gün şəhid ailələrini narazı salan məqamlara toxunmaqla, cəmiyyəti qarşılaşdığı mövcud problemlərə qarşı dayanmağa çağırıb:

 

“Mən hakimiyyətdə olsaydım, şəhid ailələrini bir yerə toplayıb onların qarşısına çıxar, məsələnin həlli ilə bağlı qəti öhdəlik götürərdim. Müvafiq cavabdeh məmurların qulağından tutub işindən bayıra atardım. Amma hökumət bunu edə bilmir. Çünki əksər hakimiyyət nümayəndələrinin gözü bir-birinin qarşısında kölgəlidir”.

 

Ə.Əliyev bildirib ki, hakimiyyətdə olan məmurların çoxu özlərini ağa sayır, xalqı özlərindən hesab etmirlər:

 

“Görün iş nə yerə çatıb ki, universitet rektoru deyir ki, əlimdə olan güclə ölkəni yerindən oynadaram. Adi bir universitet rektoru, hansı ki, altından milyardlar çıxır. Oğul lazımdır ki, tutsun yaxasından silkələsin ki, hardan qazanmısan bu pulları . Sən bu cürəti hardan alırsan ki, Azərbaycan dövlətinə meydan oxuyursan.

Çünki  bu hakimiyyət xalqın hakimiyyəti deyil. Ona görə də bu gün jurnalistimizə, küçədə vətəndaşımıza, müəllimimizə, həkimimizə  mühəndisimizə, tələbəmizə, təqaüdçümüzə laqeyd münasibət ortadadır. Bu ölkədə haram, oğurluq baş alıb gedir. Təəssüflər olsun ki, bəzi hallarda hətta Allahdan da uzaq düşüblər”.

 

Ə.Əliyevin fikrincə, bu vəziyyətdən qurtulmaq ancaq siyasi mübarizədən və insanların vətəndaşlıq mövqeyindən keçir:

 

“Görün, bu gün kimlər hakimiyyətlə sövdələşməyə getmədi, kimlər ağızlarına su alıb durub, hansı ziyalılarımız prosesləri susqunluqla izləyir. Hətta cəmiyyətin ümid elədiyi adamlar son günlərdə boş-boş işlərlə məşğul olmağa başlayıblar. Ona görə də hesab edirəm ki, ölkəni hakimiyyətlə sövdələşməyə getməyən, hakimiyyəti  qərəzsiz, səmimi, ədalətli şəkildə tənqid edən, bu hakimiyyətin çatışmazlıqlarını başqa heç bir məqsəd güdmədən ortaya çıxarıb ictimailəşdirən, ona düz yol göstərib qaranlığa işıq salan ziyalılar xilas etməlidir. Şükür olsun ki, bizim cəmiyyətimiz belə insanlardan xali deyil. Kifayət qədər var, yeni nəsl yetişir və bu yeni nəsil köhnə satılmamışların dayağıdır”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür