Xanqaraqoyunlu məktəbində Mehdi Hüseynzadənin yubileyi qeyd edilib

16:00 19-12-2018 | icon 1155 | Təhsil
Xanqaraqoyunlu məktəbində Mehdi Hüseynzadənin yubileyi qeyd edilib

 

  

Bərdə rayon Otuzikilər kəndində şəhid Telman Qurbanov adına Xanqaraqoyunlu tam orta məktəbində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə məktəbin direktoru Nizami İsayev başda olmaqla müəllim kollektivi və şagirdlər, o cümlədən kənd icra nümayəndəliyi və Qarabağ döyüşlərində iştirak etmiş bərdəlilər iştirak ediblər.

 

Tədbirdə M.Hüseynzadənin keçdiyi döyüş yolu, vətən uğrunda göstərdiyi qəhrəmanlıq tarixçəsidən danışılıb. M.Hüseynzadənin keçdiyi şərəfli döyüş yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğu önə çəkilib və gənclərimizin belə qəhrəmanlıq səlnaməsi yazmış igid oğullarımızdan ibrət götürmələri tövsiyə olunub.

 

Tədbirdə müharibə şəraitində olan Azərbaycanın qəhrəmanlar yetişdirdiyi, bu gün də torpaq uğrunda şəhidlər verdiyi qeyd olunub.

 

Anım tədbirində bütün şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şagirdlərin ifasında M.Hüseynzadəyə və Qarabağ şəhidlərinə həsr edilən şeirlər səsləndirilib.

 

Kamran Qafarlı
/bölgə müxbiri/
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol