Dünən Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun oğlu Ümidin toy mərasimi keçirilib.
Versus.Az xəbər verir ki, paytaxtın dəbdəbəli şadlıq saraylarından birində baş tutan məclisdə bir çox sənət adamları, eləcə də Röya Ayxan, Abbas Bağırov, Zülfiyyə Xanbabayeva iştirak ediblər.
Nəvəsinin toyunda Alim Qasımov göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, N.Şirinov oğlu üçün daha iki gün toy edəcək. O bildirib ki, bu addımı atmasına səbəb pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.
Xatırladaq ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutub. Bu il yanvarın 30-da isə onların qız toyu olub.