"Həqiqətləri dünya ictimaiyyətinə birlikdə çatdırmalıyıq"

16:24 19-12-2018 | icon 711 | Siyasət
"Həqiqətləri dünya ictimaiyyətinə birlikdə çatdırmalıyıq"

 

Bu gün Osmanlı Diriliş Xalq Hərəkatının başqanı Turabi Ergün ALDP-nin baş qərargahında partiyanın sədri Fuad Əliyevlə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüşdə iki dövlət arasındakı münasibətlər, partiya və QHT-lərin əməkdaşlığı məsələləri müzakirə olunub.

 

F.Əliyev əvvəlcə qonağı Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, xüsusən də Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətindən bəhs edib. Partiya sədri hər iki ölkənin siyasi partiyaları və QHT sektorunda əməkdaşlıq və münasibətlərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib:

 

"ALDP Türkiyənin liberal demokratları ilə əməkdaşlıq edir. Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti institutlarının da Türkiyədəki QHT-lərlə əlaqələri mövcuddur. Amma indiki durumda, bölgədə baş verən siyasi prosesləri nəzərə alaraq Azərbaycan və Türkiyə eyni mövqedən çıxış etməli, xarici təsirlərlərdən qorunmaq üçün birliyimiz möhkəmlənməli və həqiqətləri dünya ictimaiyyətinə birlikdə çatdırmalıyıq".

 

T.Ergün F.Əliyevə ona ətraflı məlumat verdiyinə görə təşəkkürünü bildirib və əməkdaşlığın vacibliyini, bu istiqamətdə iş aparılacağını söyləyib.

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol