Dodaq uçuqladan XƏSTƏLİK

14:06 04-02-2022 | icon 907 | Sağlamlıq
Dodaq uçuqladan XƏSTƏLİK

Nərminə Abbasova: “Xəstə mütəmadi olaraq laborator və instrumental müayinələrdən keçməlidir”

 

Yəqin razılaşarsınız ki, kiminsə dodaqları uçuqlayanda el arasında deyirlər ki, “soyuqlayıb, xəstəlik çölə verib”. Və maraqlıdır ki, buna yüngül xəstələnmə halı kimi yanaşılır, türkəçarələr üsulu ilə müalicəsinə üstünlük verirlər. Yəni xəstə bankalanır, mürəbbəli bitki çayları ilə tərləməsinə çalışılır. İnsafən desək, bu üsulla sağalıb əvvəlki sağlığına qovuşanlar da olur. Amma suluqlamış, uçuqlamış yara bu qədərmi sıradan bir soyuqlamadır və asan yolla tam müalicə olunur?

 

Versus.Az “uçuqlamış, culuqlamış” dediyimiz xəstəliyə MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA ilə tibbi elmi yanaşma edəcək.

 

Nərminə Abbasova öncə onu vurğuladı ki, bu, Pemfiqus xəstəliyi adlanır. Və yalnız dodaq ətrafında deyil, bədənin müəyyən hissələrində də yaranır. Sadəcə olaraq, insanlar əsasən dodaqətrafı suluqların üzərində dayanır.

Bəs pemfiqus nədir?


         
Həkim terapevt bildirdi ki, dərinin strukturuna qarşı yaranan antigenlərin yol açdığı iltihablı və dərini zədələyən autoimmun xəstəlikdir:

 

“Pemfiqus keratinositlərin birləşmə qabiliyyətini itirməklə bağlı həm dərinin həm də selikli qişaların tutulduğu xroniki və şiddətli gedişli bir qovuqlu dermatozdur. Etiopatogenezdə dərinin keratinositlərinin bir-birinə yapışmasını yaradan hüceyrə sisteminə qarşı yaranan İgG cinsi autoantigenlərin yaranması rol oynayır. Hüceyrə səviyyəsində gedən bu mürəkkəb proses nəticəsində dərinin üst qatının bazal qatdan qopması nəticəsində böşluqlara maye yığılır və qovuqlar əmələ gəlir. Pemfiqus vulqarisdə əksəriyyət xəstələrdə proses ağız boşluğu selikli qişasından başlayır. Pemfiqusun növləri arasında ən çox yayılanı Pemfiqus vulqaris növüdür və bütün yaş qruplarında rast gəlməklə bərabər ən çox 40-50 yaş arasında yayılmışdır. Genetik yatqınlıq da bu xəstəliyin yaranmasında rol oynaya bilir. Çox az da olsa başqa autoimmun xəstəliklərlə (Pernisioz anemiya, Miasteniya) ilə birlikdə rast gəlinməsi müşahidə olunur”.



Həkim deyir ki, ağız boşluğu və ya dəridə yaranmış, içərisi maye ilə dolu olan qovuqlar qısa zamanda partlayaraq ağrılı, tez qanayan, bəzən üzəri qartmaqla örtülü, dəridən kəskin sərhədlə ayrılan eroziyalara və ya yaralara çevrilir:

 

“Ağız yaraları ikincili infeksiyaların qoşulması ilə bağlı pis bir iyin yaranmasına səbəb olur. Bəzən də kandida göbələyinin qoşulması nəticəsində ağız böşluğu yaraları ağ rəngli ərplə örtülür. Xəstəlik çox az da olsa ilk olaraq gözləri zədələyərək başlaya bilər. Göz qapaqlarının içəri səthində yaranan qovuqlar tez bir zamanda eroziyalara çevrilərək sonradan konyuktivitin və başqa göz xəstəliklərinin yaranmasına səbəb olur. Pemfiqus vulqaris ağız boşluğu və göz qapaqlarından başqa digər selikli qişaları da zədələyə bilir. Tənəffüs orqanlarının zədələnməsi zamanı səsin dəyişməsi, kobudlaşması yaranır, eləcə də udqunma çətinləşir və qidalanma pozulur. Dərinin çox hissəsi suluqlu qovuqlarla tutulmuş xəstələrdə genital və anal selikli qişalar da prosesə qoşulur ki, bu zaman qadınlara pis qoxulu vaginal ifrazata, qaşınmaya rast gəlinir. Anal nahiyədə yaranan proses defekasiya prosesinin ağrılı olmasına gətirib çıxarır”.

 

Nərminə xanım qeyd edib ki, ağız boşluğunda yaranan yaralardan sonra taxmini 1-6 ay ərzində bədənin bir çox sahələrində yaranan qovuqlara rast gəlinir və bu 4-8 ay ərzində vücudumuzun demək olar ki, çox hissəsini örtür. Onun sözlərinə görə, dəri səpgilərinin ən çox sevdiyi yerlər sağrı nahiyəsi, genital orqanlar, kürək nahiyəsi və qarın boşluğudur:

 

 

“Xəstədə zamanla yeni qovuqlar yaranır və öncədən partlamış qovuqların yerində eroziyalar və yaxud üzəri qanlı, serozlu qartmaqla örtülmüş yaralar olur ki, bu da eyni bir xəstədə eyni zamanda xəstəliyin bütün elementlərini izləməyə imkan verir”.

 

Qeyd edək ki, pemfiqusun kliniki və histopatoloji xüsusiyyətləri ilə fərqlənən 4 ana tipi var. Pemfiqus vulqaris ən çox yayılan növdür. Pemfiqus vejetans yumuşaq qovuqlar və ya irinciklər şəklində başlayan lezyonlar sağalarkən vegetan kütlələr yaradır. Ən çox qasıq və qoltuqaltında yaranan bu kütlələr hipertrofik formadadır və bəzən də az ifrazat axıntılı olur ki, bu da ikincili infeksiya nəticəsində çox xoşagəlməz iy yaradır.

Pemfiqus foliaseus isə nadir görülən bir tipdir. Başlanğıc lezyonlar üzdə, saçlı dəridə, sinədə, kürəkdə bəzən heç qovuqlar olmadan bir başa yaralar şəklində başlayıb üzəri sürətlə qartmaqla örtülür və tez bir zamanda bütün bədənə yayıla bilir. Başqa növlərdən fərqli olaraq çox zaman ağız içində yaralara rast gəlinmir. Lezyonlar şiddətli qaşınma və yanma hissi ilə özünü göstərir.

Pemfiqus eritematozus daha çox üz nahiyəsində qabıqlanma və yağlı qartmaqlarla özünü göstərir. Çox zaman yağlı seboreya ilə səhv salina bilər.

 

Nərminə xanım bildirdi ki, bunlardan başqa paraneoplastik pemfiqus, bülyoz pemfiqoid, İgA pemfiqusu, dərman preparatlarına bağlı pemfiqus, herpetiform pemfiqus və endemik pemfiqus kimi xüsusi tipləri də var.

Həkim Pemfiqus vulqaridin diaqnozundan da bəhs etdi:

 

 

“Xəstəliyn tanınması istər ağız boşluğu və başqa selikli qişalarda başlayan, eləcə də dərinin istənilən hissəsində yaranan qovuqlu elementlərin varlığı və qısa bir zamanda bu qovuqların partlayaraq eroziya və qanlı qartmaqlarla örtülməsi nəticəsində yaranan kliniki görünüşünə görə, içərisi maye ilə dolu olan qovuqların armudvari sallanması nəticəsində xüsusi şəkillənməsinə görə, zədələnmiş dərinini soyarkən sağlam görünən dəri sahəsinin də rahatlıqla soyulmasına əsasən (Nikolski simptomu) və həkimin yüksək peşəkarlığı nəticəsində olur. Başqa xəstəliklərdən fərqləndirilməsində Tzank sitolojidən (eroziya olan hissəsindən yaxma götürülməsi) istifadə olunur ki, bu da yaxmada akontolitik hüceyrələrin tapılması nəticəsində diaqnozu dəqiqləşdirməyə imkan verir. Bəzən də dəri biopsiyasından istifadə edilir, bu yöntəm diaqnozun dəqiqləşdirilməsində ən dəqiqi hesab olunur”.

Həkim terapevt bildirdi ki, xəstəliyin müalicəsində xəstənin yaşı, xəstəliyin hansı səbəbdən yaranması, yayılma dərəcəsi və yanaşı başqa xəstəliklərin olması çox vacibdir:

 

 

“Pemfiqus xəstələrində uzun müddət və yüksək dozada istifadə olunan qlükokortikosteroidlərin şəkər xəstələrinə və təzyiqdən əziyyət çəkən xəstələrə əks təsiri ola bilər. Bu zaman alternativ müalicədən (dapson, xüsusi qrup antibiotiklər və s) istifadə olunmalıdır. Eləcə də müəyyən dərman preparatlarının yan təsiri nəticəsində başlayan pemfiqus zamanı ilk növbədə xəstəliyə səbəb olan dərman qəbulu dayandırılmalıdır. Və yaxud bədənin çox hissəsini tutmuş xəstəlik zamanı çox maye itirilməsi, xəstənin mütləq stasionar şəraitdə yatması və başqa ixtisas həkimlərinin (reanimataoloq, endokrinoloq, kardioloq və s) nəzarəti altında müalicəsi aparılmalıdır. Uzun müddət istifadə olunan steroid preparatların sonradan başqa ağırlaşmalar verməsinin qarşısını almaq üçün xəstə mütəmadi olaraq laborator və instrumental müayinələrdən keçirilməlidir. Pemfiqus xəstələrinin müalicə zamanı çox qıcıqlandırıcı və duzlu yemək yemələri qısıtlanmalı bol maye qəbuluna diqqət edilməli və yataq xəstələrində gigiyena şəraitinə xüsusi diqqət yetirilməlidir”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Pemfiqus xəstəliyindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin