Əli Əliyevin məhkəməsi təxirə salındı
"Üzdə görünən odur ki, Əli Əliyevin bu günə nəzərdə tutulan məhkəmə prosesi hakim Rauf Daşdəmirovun qripə yoluxduğuna görə təxirə salındı. Amma ola bilər ki, burda başqa düşünülmüş səbəblər də var".
Bunu Versus.az-a VİP sədrinin müavini Zaur Mahiroğlu Əli Əliyevin fevralın 4-də nəzərdə tutulan məhkəmə prosesinin baş tutmaması səbəbini açıqlayarkən bildirib.
Z.Mahiroğlu bildirib ki, Əli Əliyev 22 gündür ki, polkovnik Emil Cəfərovun iddiasına əsasən aparılan məhkəmədə verilən hökmə görə həbsdədir. Partiya sədrinin bu gün yenidən məhkəməyə çıxarılması isə vertalyot qəzasından sağ çıxan digər şikayətçi kapitan Ramin Əbilovun şikayəti əsasında aparılmalı idi.
Qeyd edək ki, VİP sədri Əli Əliyev 30 noyabr vertolyot qəzası zamanı həlak olan 14 zabitlə bir helikopterdə olub və təlim-uçuş məşqlərində qəza zamanı böyük möcüzə nəticəsində sağ qalan hərbi pilotçular kapitan Emil Cəfərovun və polkovnik Ramin Əbilovun barəsində şübhəli iddialarla çıxış etdiyinə görə həmin şəxslər tərəfindən ayrı-ayrılıqda məhkəməyə verilib. Birinci məhkəmədə 6 ay cəza alan Əli Əliyevi ikinci məhkəmədə də növbəti 6 aylıq cəza gözləyə bilərmi?
Z.Mahiroğlu bildirib ki, partiya nümayəndələri öz sözlərini prezidentdə çatdırmaq üçün Prezident Aparatının qarşısında 10 nəfərdən ibarət aksiya keçirmək istəyiblər. Bakı Şəhər İcra hakimiyyəti pandemiya təhlükəsini qeyd edərək, aksiyaya icazə verməyib və tövsiyə edib ki, müraciəti yazılı təqdim etsinlər. Sədr müavini belə davam edərsə başqa addımlara əl atacaqlarını dedi.
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"