Hansı gənclər cinsi təcavüzə meyllidir?
Aşağı özünə nəzarət gəncləri cinsi və digər zorakı cinayətlərə sövq edir.
Kopenhagen Universitetinin mütəxəssislər qrupu apardıqları araşdırmalardan sonra bu qərara gəliblər. Onların bununla bağlı məqalələri PNAS jurnalında dərc olunub.
Alimlər 15-20 yaşlı 5400 danimarkalı arasında bir sıra təcrübələr aparıblar.
Eksperimentlərin birində müəyyən məbləğdə pul təklif edilən könüllülər pulu dərhal, lakin daha az miqdarda, yaxud da sonra, lakin daha çox almağa imkan verən bir sıra qərarlar qəbul etməli idilər.
Mənfəəti artırmaq variantları arasında lotereyada iştirak da var idi; bu həm son məbləği əhəmiyyətli dərəcədə artıra, həm də onun itkisinə səbəb ola bilərdi.
Başqa bir tapşırıqda iştirakçılar pulun bir hissəsini başqasına vermək imkanı əldə ediblər.
İştirakçıların cavabları əsasında tədqiqatçılar onların səbr, risk alma və altruizm, özünə nəzarət xüsusiyyətlərini müəyyən ediblər.
Sonra tədqiqatçılar polislə əlaqə saxlayaraq iştirakçıların arasında qanunla problem olanları araşdırıblar. Məlum olub ki, oğlanların 19%-i, qızların isə yalnız 3%-i polisə düşüb. Bu səbəbdən tədqiqatçılar oğlanlara diqqət yetiriblər.
Məlum olub ki, riskdən çəkinən və səbirsiz gənclər daha çox mülkiyyət cinayətləri törədir, özünə nəzarəti aşağı olan insanlar isə zorakılıq, narkotik və seksual xarakterli cinayətlər törətməyə meyllidirlər.
Bu mənada təhsilin ən vacib amillərdən biri olduğu ortaya çıxıb. Belə ki, təhsilsiz gənclərin, hətta imkanlı ailələrdən olanlar daha çox cinayət törətdiyi öyrənilib.
Məqalə müəllifləri ümid edirlər ki, bu məlumatlar cinayətkarlıqla mübarizə strategiyalarının gələcək inkişafında faydalı olacaq. /Gazeta.ru/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"