Uşaqlarda solğun dərinin təhlükələri - XƏBƏRDARLIQ
Temperaturu olan uşaqda dərinin solğunlaşması bakterial infeksiyanın əlaməti ola bilər.
Bu barədə rusiyalı pediatr və teleaparıcı Yevgeni Komarovski xəbərdarlıq edib.
“Uşağın yüksək hərarəti varsa, lakin dərisi parlaq çəhrayıdırsa, bu, adətən təhlükəli deyil, öz-özünə keçəcək. Lakin 37,5 temperatur və solğunluq - bakterial infeksiyanın əlamətidir. Bu halda həkimə müraciət edilməlidir”, - deyə o izah edib.
O, sözügedən temperatur zamanı əzginliyin də bakterial ağırlaşmanın əlaməti ola biləcəyini deyib.
Komarovski qeyd edib ki, soyuqdəymə zamanı mümkün bakterial ağırlaşmaya işarə edən digər əlamətlər də var. Onun sözlərinə görə, kəskin respirator xəstəliklərini dördüncü günündə uşaq yaxşılaşmırsa və ya pisləşirsə, həkimə müraciət edilməlidir.
“İkincisi, bir qayda olaraq, kəskin respirator virus infeksiyası zamanı beşinci və ya altıncı gündə qanda anticisimlər əmələ gəlir və temperatur normallaşmalıdır. Bu baş verməsə, valideynlər uşağı mütəxəssisə göstərməlidirlər”, - deyə teleaparıcı bildirib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"