Reper indi də dərisini ağartmaq istəyir
Amerikalı reper Lil Uzi Vert yeni açıqlaması ilə fanatlarını şoka salıb. O, dərisini ağartmağı planlaşdırdığını etiraf edib.
Reper bir müddət “Twitter”dəki avatarını Maykl Ceksonun şəklinə dəyişib. Görünür, musiqiçi Maykl Ceksonun nümunəsindən ilhamlanıb. Halbuki əfsanəvi müğənni bunu heç də şəxsi üstünlüklərinə görə deyil, sağlamlığına görə etməli olduğunu bildirmişdi - Maykl Cekson vitiliqodan (dəri piqmentasiya pozğunluğu) əziyyət çəkirdi.
Lil Uzi Vert həmçinin bir vaxtlar dərisinin rəngini açmağa çalışan musiqiçi Vybz Kartelin şəklini də paylaşıb.
Qeyd edək ki, Lil Uzi Vert ötən ilin fevral ayında alnına brilyant implant etdirməsi ilə böyük səs-küy yaratmışdı. Sənətçinin dediyinə görə, 24 milyon dollarlıq (təxminən 40,8 milyon manat) dəyərli daş üçün pulu dörd il ərzində yığıb.
Sonradan reper brilyantı çıxartdırıb və ancaq konsertlərdə, festivallarda taxıb.
Lil Uzi Vert debüt “Money Longer”in mahnısı ilə dünya miqyasında tanınıb. 2017-ci ildə onun “XO TOUR Llif3” kompozisiyası ən yaxşı mahnıların ilk 10-luğunda düşüb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"