Kafedə bıçaqlanma
Bakıda kafedə 44 yaşlı kişi bıçaqlanıb.
Versus.Az xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Bayramov Namiq Novruzəli oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qulaq seyvanının, alın nahiyəsinin və döş qəfəsinin orta səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır. /Report/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"