“Bu, Azərbaycanın mövqeyini gücləndirir” 

15:15 05-02-2022 | icon 653 | Siyasət
“Bu, Azərbaycanın mövqeyini gücləndirir” 

Hikmət Babaoğlu: “Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılmasına gətirib çıxartdı”

 

Kollektiv əməkdaşlığın uğurlu kombinasiyası yeni perespektivlər yaradır . Fevralın 4-də "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında səsələndirilən fikirlər dəhlizin istsismara verilməsindən ötən bir il ərzində qət edilən məsafə və əldə olunan nəticələrin xeyli sayda Avropa ölkəsinin yenidən bu layihəyə marağının artmasına səbəb olduğunu ortaya qoydu”.

 

Bunu Versus.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında məlum VIII toplantısını şərh edərkən bildirib.

 

 

Deputat qeyd edib ki, Cənub Qaz  Dəhlizini cazibədar edən çoxsaylı səbəblərdən biri unikal alternativ enerji kəməri kimi təhlükəsiz və sabit olması, hər cür siyasi spikuliyasiyalardan uzaq tutulmasıdır. Və bu, mənbə və ixracatçı öklə olan Azərbaycanın həyata keçirdiyi strateji enerji siyasəti ilə bağlıdır:

 

“Üstəlik yeni  prerspektiv qaz mənbələrinin kəşf ediləmsi və təsdiq edilmiş qaz yataqlarının nəhəng ehtiyatları hazırda Avropada hər gün bir az daha bahalaşan və  bəzən qlobal siyasi gündəmin də mövzusuna  çevirilən qaza tələbatın daha da artması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Yəni Avropa Azərbaycanı özünün enerji təhlükəsiziliyini təmin edən   etibarlı tərəfdaş və strateji portnyor kimi görür”.

 

H.Babaoğlu Avropanın Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görməsini təsüdüfi hesab etmir. Onun fikrincə, doğurdan da istər 44 günlük müharibə dövründə, istərsə də post-müharibə dövründə yeni reallıqların qəbul edilməsi prosesinin gərgin vaxtlarında belə Azərbaycan sabit və etibarlı tərəfdaş kimi bütün beynəlxalq öhdəçiliklərini yerinə yetirməklə ən çətin geostrateji vəziyyətdə belə enerji kommunikasiyalarının təhlükəsiziliyini yüksək səviyyədə təmin etməyi bacardığını nümayiş etdirdi.

 

Deputat hesab edir ki, bütün bunlar nəticə etibarilə  Avropa İttifaqı üçün Azərbaycanla tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyinin etiraf olunmasına  və bu münasibətlərin daha da gücləndirilməsi üçün iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrılmasına gətirib çıxartdı:

 

“Ona görə də Avropa İttifaqı ilə qarşılıqlı etimada söykənən münasibətlərə toxunan prezident İlham Əliyev qeyd etdi ki ,  enerji siyasətimizin arxasında heç bir siyasi gündəm olmayıb, bizim enerji siyasətimiz həmişə çox açıq,  şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Hazırda isə Azərbaycanda daxili enerji tələbatını ödəmək üçün çox mühüm yaşıl enerji layihələri həyata keçirilməyə başlanılır ki, bu da nəticə etibarilə  Avaropa İttifaqı ölkələrinə daha çox qaz ixrac edilməyi mümkün edəcək. Beləliklə ölkəmiz iki strateji hədəfə, həm yaşıl və bərpa olunan enerji mənbələri ilə öz enerji təlabatını ödəməyə, həm də hazırki  qaz ehtiyatlarından maksimun səmərəli istifadə etmək hədəflərinə nail olmağa çalışır”. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı