Aİ, Azərbaycan, Ermənistan+Fransa rəsmilərinin onlayn görüşündən

16:01 05-02-2022 | icon 500 | Siyasət
Aİ, Azərbaycan, Ermənistan+Fransa rəsmilərinin onlayn görüşündən

 Turan Rzayev: “Yenidən prosesə qoşulan Fransa Minsk Qrupunu dirçəltəmək istəyəcək”

 

Fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

 

Bu  görüşün iştirakçı dövlətlər, xüsusən prosesə yeni qoşulan Fransa üçün əhəmiyyəti nədir?

 

Politoloq Turan Rzayev Versus.az-a şərhində bildirib ki, görüşdə Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb. Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Politoloq hesab edir ki, bu görüşün təşəbbüskarı məhz Emmanuel Makrondur. Onun fikrincə, Makronun belə bir görüşü keçirməkdə iki marağı var. T.Rzayev hesab edir ki, belə bir görüşün keçirilməsi hər şeydən öncə Makrona aprel ayında baş tutacaq prezident seçkiləri üçün vacibdir. Çünki Makron yenidən namizədliyini irəli sürəcəksə qələbə qazanmaq üçün xarici siyasətdə fəallığını artırmalıdır:

 

“Fransa hazırda onsuz da bir çox məsələyə dair xarici siyasətdə aktivləşib. Misal üçün Afrikada Ukrayna ətrafında baş verən son hadisələrdə bu daha çox hiss olunur.  Rəsmi Paris son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair də konstruktiv addımlar atır. Xüsusilə son görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılması Makronun seçki öncəsi imicinə müsbət təsir edəcək. İkincisi, rəsmi Paris Böyük Britaniyanın "Brexit" qərarından və Almaniyanın keçmiş kansleri Angela Merkelin vəzifəsindən getməsi sonra Avropa İttifaqında lider funksiyasını yerinə yetirmək istəyir. Təsadüfi deyil ki, fevralın 4-də keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yanaşı  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak etdi. Makron bu addımı ilə həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır”.

 

Politoloq bu isitiqamətdə yaranan “Fransanın prosesə qayıtması Minsk Qrupu formatının dirilməsi ilə nəticələnə bilərmi” sualına birmənalı yanaşmayıb. Onun fikrincə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransanın prosesə qayıtması həm də Minsk Qrupu formatının yenidən dirilməsi ilə nəticələnə biləcəyi ehtimallarını yaradır:

 

“Rəsmi Parisin indiki mərhələdə məqsədi ATƏT-in Minsk Qrupunun aktivliyini artırmaqdadır. Fransa bu tədbirə həmsədr ölkədən çox Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi. Məsələ ondadır ki, Şarl Mişel və Emmanuel Makronun birgə görüşü sonrası açıqladığı bəyanatda Minsk Qrupuna istinad edilməyib. Ümumiyyətlə bundan öncəki Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupu istinad yeri almayıb. Sonrakı sənəddə “Dağlıq Qarabağ münaqişəsi”, hətta “Qarabağ” kimi ifadə yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı