"Dünya iqtisadiyyatı və Azərbaycan" təqdim olundu

12:39 20-12-2018 | icon 1193 | Ədəbiyyat
"Dünya iqtisadiyyatı və Azərbaycan" təqdim olundu

 

Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan İqtisadçılar Birliyinin birgə təşkilatçılığı ilə iqtisad elmlər doktoru, professor Elşən Hacızadənin “Dünya iqtisadiyyatı və Azərbaycan” kitabının təqdimatı keçirilib.

 

Universitetdən Versus.Az-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının rektoru, Milli Məclisin deputatı, professor Eldar Quliyev çıxış edərək iqtisadiyyatın sürətli inkişafı, beynəlxalq münasibətlərin dərinləşməsi, iqtisadi inteqrasiya prosesinin geniş vüsət alması ilə Azərbaycan iqtisadiyyatına dünyada marağın artdığını qeyd edib.

 

Rektor vurğulayıb ki, iqtisadi islahatların həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, Azərbaycanın beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyəti, dahi şəxsiyyətin bu sahədə atdığı strateji addımların nəticəsində mümkün olub. Bütün bu uğurlar “Dünya iqtisadiyyatı və Azərbaycan” kitabında elmi cəhətdən yüksək səviyyədə əsaslandırılıb.

 

Azərbaycan İqtisadçılar İttifaqının sədri, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə nəşr barədə məlumat verərək deyib ki, bu kitab həqiqətən də müasir dövrün bütün iqtisadi yeniliklərini əhatə edib. Nəşrdə Azərbaycan iqtisadiyyatı ilə yanaşı, region dövlətlərinin və ümumilikdə dünya ölkələrinin iqtisadi göstəriciləri yüksək peşəkarlıqla təhlil və müqayisə olunub.

 

Tədbirdə, həmçinin Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, AMEA-nın müxbir üzvləri Əli Nuriyev, Akif Musayev, Qorxmaz İmanov və digər alimlər çıxış edərək nəşrin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi