Qorxunc XƏBƏRDARLIQ

11:16 07-02-2022 | icon 510 | Sağlamlıq
Qorxunc XƏBƏRDARLIQ

“Koronavirus xəstələri iybilmə hissini əbədi itirə bilərlər”

 

“COVID-19-dan əziyyət çəkən xəstələr sonradan iybilmə qabiliyyətini əbədi olaraq itirə bilərlər”.

 

Versus.Az xəbər verir ki, bunu otolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaitsev yerli mətbuata açıqlamasında bildirib.

 

Mütəxəssisin sözlərinə görə, əgər insan iybilmə qabiliyyətini tamamilə itiribsə və koviddən bir il sonra qoxu hissi geri qayıtmayıbsa, bu mənfi hal ömrünün sonuna qədər davam edəcək:

 

“Əgər mərkəzi sinir sistemi zədələnirsə, o zaman xəstəyə kömək etmək mümkün olmayacaq”.

 

O əlavə edib ki, qoxu hissini bir ildən artıq müddətdə bərpa etmək ehtimalı çox azdır.

 

Digər otolarinqoloq İvan Leskov da həmkarı ilə eyni fikirdə olduğunu deyib:

 

“İnfeksiya iybilmə reseptorlarını və ya sinir uclarını dəstəkləyən hüceyrələrə təsir edərsə, insan qoxu hissini itirə bilər. Belçikalı alimlərdə bu qənaətə gəliblər. İtaliyal tədqiqatçılar sağalma müddətini 80 gün, almanlar isə 100 gün qeyd edirlər. Amma elə olur ki, insanlar bundan sonra da qoxuları geri qaytarmırlar. Belə olduqda, təəssüf ki, iybilməni bərpa etmək ehtimalı çox azdır”.

 

Bununla belə, Leskov əlavə edib ki, qoxu analizatoru ilə əlaqəli ikinci bir variant var. O, belə problemlər yaşandıqda otolarinqoloqla deyil, nevropatoloqla əlaqə saxlamağı tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı