Tofiq Tağızadənin doğum günüdür

15:45 07-02-2022 | icon 334 | Mədəniyyət
Tofiq Tağızadənin doğum günüdür

Bu gün görkəmli kino rejissoru, Azərbaycanın Xalq artisti Tofiq Tağızadənin doğum günüdür.

 

Versus.Az xəbər verir ki, Tofiq Tağızadə 1919-ci il fevralın 7-də Bakıda doğulub.

 

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Rus kino məktəbinin mütərəqqi ənənələrindən bəhrələnib. Filmlərində bu ənənələr aydın hiss olunsa da, Tofiq Tağızadə onlara milli ovqat qoşub və ona görə də hər bir əsərində xalqın ruhu duyulur. Cəmi 13 film çəkib, 14-cü filmi yarımçıq qalıb. Ötən əsrin 50-ci illərində çəkdiyi “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost” filmləri milli kinomuza yeni nəfəs gətirilib.

 

O, “Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. Bu filmin yarandığı vaxtdan 40 ilə yaxın bir dövr keçməsinə baxmayaraq, yenə də ona tamaşaçı marağı səngiməyib.

 

Quruluşçu rejissoru olduğu “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Mən ki gözəl deyildim”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm” və digər filmlər Azərbaycan kino sənətinin haqlı olaraq fəxri sayılır.

 

Qeyd edək ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib və mədəniyyət tariximizdə dərin iz qoyub.

 

Görkəmli sənətkar 1998-ci il avqustun 28-də Bakıda vəfat edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin