Valideyinlər uşaqlarının başını kəsdi və... 

07:09 08-02-2022 | icon 362 | Maraqlı
Valideyinlər uşaqlarının başını kəsdi və... 

ABŞ-ın Kaliforniya ştatında dəhşətli cinayətin və qəddarlığın üstü açılıb. Belə ki, 35 yaşlı Moris Teylor və 45 yaşlı Natali Broemud doğma iki uşağının başını kəsib, sonra isə cəsədləri sağ qalan iki oğlu ilə bir otaqda saxlayıblar.

 

Cinayətin üstü evdən gələn qışqırıq səsləri və dəhşətli qoxu səbəbilə qonşuların polisə müraciət etməsindən sonra açılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları uşaqların çürüyən başsız cəsədlərini aşkar ediblər. Öldürülən uşaqların cütlüyün 12 yaşlı oğlu Moris və 13 yaşlı qızı Maliaka olduğu müəyyən edilib.

 

Qəddar cinayətdə şübhəli kimi ailə başçısı həbs edilib. Müstəntiqlərin fikrincə, kişi uşaqların başını kəsib, bundan sonra səkkiz və doqquz yaşlı oğullarını meyitlərlə beş gün yaşamağa məcbur edib. Lakin bir müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə ananın da əli olduğu qənaətinə gələrək qadını həbs ediblər.

 

Cütlük qətllə yanaşı, uşaqlara qarşı qəddarlıqda da ittiham olunur. Belə ki, sağ qalan uşaqlar qapalı vəziyyətdə günlərlə ac saxlanılıblar.

 

Onların hər birini 57 il həbs cəzası gözləyir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...