Oğrular oyanan uşağı yatızdırıb, soyğuna davam etdilər

10:00 08-02-2022 | icon 472 | Maraqlı
Oğrular oyanan uşağı yatızdırıb, soyğuna davam etdilər

Türkiyədə qəribə oğurluq hadisəsi baş verib.

 

Belə ki, soyğun zamanı oğrular oyanmış uşağı yatızdırıb, işlərinə davam ediblər.

 

Məlumata görə hadisə İstanbulda baş verib: Üç oğru gecə saatlarında A.K-nın evinə girib. Onlardan biri ev sahibinin doqquz yaşlı oğlunun yatdığı otağa girib. Uşaq səsə oyanıb, oğru isə ona, “Tamam, heç nə olmayıb, sən yat”, - deyib, sonra da məktəblinin notbukunu və oyun konsolunu götürərək otaqdan çıxıb.

 

Soyğunçular evdən qaçdıqdan sonra uşaq yatmış ailəsini oyadıb və baş verənləri danışıb. Ev sahibi dərhal polisə xəbər verib. Hüquq mühafizəçilərin iştirakı ilə təhlükəsizlik kamerasında olan görüntülərə baxılıb. Videoda oğruların binaya daxil olması və əllərində elektron avadanlıqlarla çıxması əks olunub.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

“Haber Global” həmi kadrları təqdim edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...