Ayrılıq xəbərləri yayıldı
Türkiyəli müğənni Alişan və həyat yoldaşı Buse Varol qızları Elizin ad gününü ayrılıqda qeyd ediblər.
Belə ki, Buse Varol qızının bir yaşı münasibəti ilə lüks hoteldə ziyafət təşkil edib, Alişan isə Elizin doğum gününü ailəsi ilə birlikdə keçirib.
Hadisə sosial şəbəkələrdə cütlüyün ayrılması xəbərini gündəmə gətirib.
Mövzu ilə bağlı açıqlama verən Alişan deyib ki, Varolun təşkil etdiyi ziyafətə kişilər qatılmayıb, buna görə də ora getməyib. Varol isə öz növbəsində bildirib ki, onu evdə təşkil etdikləri ad gününə dəvət etməyiblər. /Sondakika.com/
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"