Azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək
İşğaldan azad edilmiş ərazilərdə altı ədəd modul tipli xəstəxana tikilməsi prosesi davam edir.
Versus.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.
Onun sözlərinə görə, artıq Şuşada modul tipli xəstəxana tikilib:
“Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi prosesi gedir. Hələlik sənədləşdirmə işlərinin həll olunması istiqamətində tədbirlər görülür. Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar inşa ediləcək. Ancaq modul tipli xəstəxanalar müvəqqəti tibb müəssisəsi kimi istifadə olunacaq”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"