“Altın Qurd”un Ümumdünya Oyunlarındakı yeddi rəqibi

13:16 08-02-2022 | icon 324 | İdman
“Altın Qurd”un Ümumdünya Oyunlarındakı yeddi rəqibi

Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadənin rəqibləri müəyyənləşib.

 

Versus.Az xəbər verir ki, ötən ilin oktyabrında İtaliyada keçirilmiş dünya çempionatında 1/4 finala çıxmaqla bu mötəbər yarışa vəsiqə qazanmış “Altın Qurd” ləqəbli idmançımızın 7 potensial rəqibi var.

 

91 kq-dan yuxarı çəkidə Azərbaycanı təmsil edəcək 30 yaşlı kikboksçumuzun rəqibləri son dünya çempionu Əsədulla Nəsibov (Rusiya), dünya ikincisi Anto Siriç (Xorvatiya), dünya üçüncüləri –  Roman Şerbatyuk (Ukrayna) və Miroslav Vuyoviçdir (Monteneqro). Həmçinin, Ahmed Krnyiç (Bosniya və Herseqovina), Oskar İquera (Venesuela) və Pirkka Suksi (Finlandiya) də potensial rəqiblər arasındadır.

 

Kikboksinqin K-1 növü üzrə keçiriləcək yarış 10-15 iyul tarixlərində baş tutacaq. Kişilərdə 63,5 kq, 75 kq və +91 kq, qadınlarda 52 kq, 60 kq və 70 kq çəki dərəcələrində mübarizə gedəcək.

 

Qeyd edək ki, 11-ci dəfə keçiriləcək Ümumdünya Oyunları 7-17 iyul tarixlərində ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək. Yarışda gimnastika (akrobatika, aerobika, bədii gimnastika, batutda tullanma), kamandan oxatma, çimərlik həndbolu, bilyard, boulinq, kanoe, cu-citsu, karate, muay tay, pauerliftinq, sumo, uşu kimi 30 idman növü üzrə mübarizə aparılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı