Boğulan pərəstişkarına görə konserti dayandırdı

09:43 09-02-2022 | icon 436 | Şou-biznes
Boğulan pərəstişkarına görə konserti dayandırdı

Amerikalı pop müğənni Billi  Ayliş Corciya ştatının Atlanta şəhərində verdiyi konsert zamanı pərəstişkarına kömək edib.

 

Məlumata görə, müğənni nəfəs almaqda çətinlik çəkən pərəstişkarına görə şounu dayandırıb. Sonra isə qızdan inhalyator lazım olub-olmadığını soruşub.

 

“Hər şey yaxşıdır, hər şey qaydasındadır. İnhalyatorumuz var. Uşaqlar, ona bir az vaxt verin. Sıxlıq etməyin. Rahat ol, hər şey qaydasındadır”, – deyə sonra Ayliş sözlərinə davam edib.

 

İfaçı pərəstişkarının yaxşı olduğuna əmin olduqdan sonra ona havadan öpüş göndərib və “səni sevirəm” deyərək konsertinə davam edib.

 

Qeyd olunur ki, bu, sənətçinin pərəstişkarlarına görə çıxışını ilk dayandırması deyil. 2021-ci ilin payızında, Nyu-Yorkda “Governors Ball” festivalı zamanı o, mahnı oxumağını dayandırıb və mühafizəçilərdən insanların toplaşdığı yerdə hər şeyin qaydasında olub-olmadığını yoxlamasını istəyib. /Lenta.ru/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...