11 nəfər dəm qazından zəhərlənib
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Versus.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun müxtəlif ərazilərində qeydə alınıb.
Belə ki, Yeni Ramana qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Həsənova Qumru İsmayıl qızı və onun azyaşlı övladları - 2010-cu il təvəllüdlü Həsənli Zeynəb Mübariz qızı, 2013-cü il təvəllüdlü Həsənli Gülay Mübariz qızı və 2015-ci il təvəllüdlü Həsənli Yavər Mübariz oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
M.Məlikov küçəsində 2009-cu il təvəllüdlü Hüseynli Aylin Hüseyn qızı, Ramananın “Südçülük sovxozu” adlanan ərazisində 1982-ci il təvəllüdlü Nəcəfova Gülnar Kərəm qızı, Maştağa qəsəbəsində 2000-ci il təvəllüdlü Allahverdiyeva Aidə Mürşüd qızı və Bakıxanov qəsəbəsində 1999-cu il təvəllüdlü İsmayılova Aygül Zahid qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Digər zəhərlənmə hadisəsi isə Nizami rayonunda qeydə alınıb.
Məmmədəli Şərifli küçəsində 1991-ci il təvəllüdlü Əmirova Fəridə Müşviq qızı və onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əmirova Almaz Mirtaleh qızı, 2013-cü il təvəllüdlü Əmirova Banu Mirtaleh qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"