15 yaşlı qızın əri ilə bağlı QƏRAR

11:30 09-02-2022 | icon 385 | Hadisə
15 yaşlı qızın əri ilə bağlı QƏRAR

Məhkəmə Bakıda yeniyetmə qızla evlənən 1993-cü il təvəllüdlü Mayıl Hadıyevlə bağlı qərar çıxarıb.

 

Versus.Az xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Xəzər Rayon Polis İdarəsinin İstintaq idarəsi tərəfindən cinayət əməlində təqsirləndirilən M.Hadıyevin barəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Hazırda başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

 

Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi sakini 6 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. O, 10 ay əvvəl 1993-cü il təvəllüdlü M.Hadıyevlə ailə həyatı qurub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...