“Azərsu” əməkdaşı iş başında DÖYÜLDÜ

16:09 09-02-2022 | icon 356 | Hadisə
“Azərsu” əməkdaşı iş başında DÖYÜLDÜ

“Azərsu” ASC-nin “Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib. 

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisində olan “Saray-H” MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abonentin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 679,93 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib.

 

“Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən 7 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq, vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.

 

8 fevral 2022-ci il tarixində “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent “Azərsu” ASC-nin əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib. Abonent “Azərsu” ASC-nin əməkdaşını yumruqla vuraraq xəsarət yetirib.

 

Baş vermiş hadisə “Bağlar Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol