“Omikron”un əsas SİMPTOMLARI

16:14 09-02-2022 | icon 543 | Sağlamlıq
“Omikron”un əsas SİMPTOMLARI

“Omikron”da xəstəliyin gizli dövrü mövcuddur, lakin bu müddət çox qısa zaman çərçivəsini əhatə edir”.

 

Versus.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Omikron” ştammının əlamətlərindən danışarkən deyib.

 

O bildirib ki, “Omikron” koronavirusun mutasiyalarından biridir və dünya ölkələrində də həmin ştammın müəyyən növləri var:

“Belə ki, “Omikron”da xəstəliyinin gizli dövrü 3, ya 4 gün çəkir, çox nadir hallarda 5 gün uzana bilir. Bu səbəbdən də karantin müddəti yeddi günə qədər qısaldıldı. Yoluxuculuq günlərinin sayı da nisbətən azdır. Hətta bəzi ölkələrdə karantin müddəti beş günə qədər azaldılıb. Əlamətlərdə də fərqlilik var. Yuxarı tənəffüs yollarının zədələnməsi mövsümi xəstəliklərin simptomları ilə eynilik təşkil edir”.

 

T.Eyvazov qeyd edib ki, digər infeksiyalarda hərarəti 38-39 dərəcəyə qədər yüksələn şəxs özünü halsız hiss etmirdisə, indi hərarəti 37 dərəcəyə qədər yüksələn şəxs özünü yorğun hiss edir:

“Əvvəlki ştammlardakı iy, dadbilmənin itirilməsi “Omikron” ştammında az müşahidə olunur. Mədə-bağırsaq sisteminin pozulması daha çox qeydə alınır. Bəzi xəstələrdə ilkin əlamətlər bu cür ola bilər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Külək güclənəcək - XƏBƏRDARLIQ

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT